
Morqan Rocersin "Aston Villa"dan London "Çelsi"sinə mümkün keçidi İngiltərə Çempionşip təmsilçisi "Midlsbro"nun xəzinəsini dolduracaq.
Fanat.Az insayder Qrem Beyliyə istinadən xəbər verir ki, "Midlsbro" 2024-cü ildə futbolçunu "Aston Villa"ya satarkən müqaviləyə 20%-lik növbəti satışdan pay bəndi qoyub.
Rocersin "Çelsi"yə böyük transferi reallaşacağı təqdirdə, Çempionşip klubu bu bənd sayəsində birdən-birə 23 milyon funt-sterlinqdən çox gəlir əldə edəcək.
Bu onların Rocersdən qazandığı ümumi məbləği 38 milyona çatdıracaq.