"Qarabağ”ın qapıçısı Emil Balayev yenidən legioner həyatı yaşaya bilər.
Fanat.Az xəbər verir ki, Azərbaycan millisinin qolkiperi İspaniyadan təklif alıb.
Ağdam klubunda əsas heyətə düşə bilməyən 27 yaşlı oyunçunun qış fasiləsində transferi reallaşmayıb. Bu səbəbdən E.Balayevlə "Luqo” rəhbərliyi danışıqları mövsümün sonunda davam etdirmək qərarına gəlib. Ancaq onun "Qarabağ”la müqavilə müddəti 2022-ci ilin yayınadək olduğundan, Ağdam təmsilçisinin də keçidə razılığını almaq lazım gələcək.
Fanat.Az

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol