13:59 15.08.2022 692

"Turan Tovuz"a məğlubiyyət planımıza daxil deyildi" - "Səbail" rəsmisi

"Səbail" yay transfer dövrünün ən fəal klublarından idi. Heyəti sıfırdan yığan Bayıl təmsilçisi yeni mövsümlə bağlı iddialı açıqlamalar verməkdən də çəkinmirdi. Ancaq baş məşqçi postunda Aftandil Hacıyevi əvəzləyən Mahmud Qurbanov indilik etimadı doğrultmur. "Dənizçilər" ilk iki turda məğlubiyyətə düçar olub. Sözsüz ki, uğursuz start düşərgədəki atmosferi korlayıb.

Fanat.Az rəhbərliyin Qurbanova etimadının sarsılıb-sarsılmadığını öyrənmək üçün klubun icraçı direktoru Fərəc Əliyevin mövqeyini öyrənib: 

"İlk turda "Qarabağ"la qarşılaşdıq. Startda belə bir rəqiblə, özü də səfərdə oynamağın çətinliklərini vurğulamağa ehtiyac yoxdur. Bununla belə, gördünüz ki, pis oynamadıq. Xüsusilə, ilk yarıda layiqli müqavimət göstərdik, inamlı təsir bağışladıq. "Turan Tovuz"la oyuna gəlincə, qələbəyə köklənmişdik. Yenilgi planlarımıza daxil deyildi. Amma alınmadı. 

Baş məşqçiyə etimad göstərməyə davam edəcəyik. Futbolçularımıza da inanırıq. Futbolda udmaq da var, uduzmaq da. Əmin ola bilərsiniz ki, növbəti turlarda istədiyimiz nəticəni əldə edəcəyik. İnanıram ki, komanda böhrana düşməyəcək".

"Səbail" növbəti turda "Şamaxı"nın qonağı olacaq. Klub rəsmisi onları heç də asan oyun gözləmədiyini deyib: "Qalib gələ bilməsək, hansı addımlar atacağıq? Açığı, bu həftə daha neqativ düşünmək istəmirəm. Onsuz da "Turan Tovuz"a məğlubiyyətə çox üzüldük, əhvalımız korlandı. Sözsüz ki, "Şamaxı" ilə oyun çox çətin olacaq. Onlar da ilk iki turda uduzmayıblar. Səfərdə oynayacağıq. Şamaxıdakı oyunlara xeyli azarkeş gəlir. İstəkli məşqçiləri, yeni rəhbərlikləri var. Deyərdim ki, bizim üçün ikiqat çətin olacaq. Amma ora 3 xal arxasınca gedəcəyik. Məqsədimiz maksimum nəticə ilə dönməkdir". 

"Səbail" sentyabrın 1-də bağlanacaq transfer pəncərəsinin son günlərində yeni oyunçu almağı planlaşdırırmı: "Heyətlə bağlı məsələləri baş məşqçiyə həvalə etmişik. Desə ki, filan mövqedə boşluq var və transfer lazımdır, dəyərləndirə bilərik. Fasilə dövründə baş məşqçinin istəyinə uyğun transferlər reallaşdırmışıq".

Mirağa

Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

08 İyun 2026
02:33

PSJ-nin ulduzu üçün 130 milyon avro ödəyəcəklər?

01:58

Onun üçün "Barselona"dan 80 milyon istədilər

01:14

Elvin Cəfərquliyev susqunluğunu elə bir mesajla pozdu ki...

00:38

Valdas Dambrauskas "Sabah"dan ayrılır?

07 İyun 2026
23:54

"Qarabağ"ın braziliyalı müdafiəçisindən gözlənilməz Avropa Liqası bəyanatı

22:36

Azərbaycanın 3x3 basketbol millisi Dünya Kubokunun yarımfinalında məğlub olub

22:02

Azərbaycanın kişilərdən ibarət voleybol yığması İsveçə uduzub

21:58

Sosial mediada San-Marino - Azərbaycan matçını "ələ saldılar"

21:29

"Real Madrid"dən Arda Güler paylaşımı

20:53

Joze Mourinyudan "Real Madrid" rəhbərliyinə Bernardo Silva tələbi

20:26

"Liverpul" müdafiəsini Maksim Esteve ilə gücləndirir

19:51

"Nyukasl" Entoni Qordonun əvəzləyicisini İspaniyada tapdı

19:23

Fermin Lopez "Barselona" üçün toxunulmazdır

18:43

"Real Madrid" portuqaliyalı yarımmüdafiəçini hədəf seçib

18:18

"Arsenal" PSJ-nin gənc müdafiəçisi üçün hərəkətə keçdi

17:44

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

17:20

"Mançester Siti" vingerinin maaşını artırıb qalmağa razı saldı - Son durum

16:51

Fransalı ulduz klubsuz qaldı

16:17

"Ayaks" "Real"ın oyunçusunu aparır - Bu qiymətə

15:45

"Braziliyada onu əvəz edəcək futbolçular var"

15:18

A Seriyasında yeni baş məşqçi təyinatı reallaşır

14:23

"Zirə" Tyaqo Silva ilə vidalaşdı

14:00

Xorvatiya Sloveniyaya qarşı, İtaliya Yunanıstan səfərində - Oyunlar

13:30

Türkiyədən əzmkar qələbə - VİDEO

12:49

Avropa Liqası: Voleybol millimiz Estoniyaya qarşı

12:20

Avropa çempionları bu gün Bakı turuna çıxır

11:50

Dünya Kuboku: Azərbaycan millisi yarımfinal oyununa çıxır

11:13

Günün oyunları bu kanallarda - AFİŞA

10:41

Argentina ciddi itki ilə üzləşdi

09:37

İstanbul nəhəngi yeni baş məşqçisinin adını açıqladı

09:00

Almaniya mundialın təşkilatçılarına qalib gəldi

02:22

"Real Madrid"in ulduzu İtaliya nəhənginə keçir?

01:37

"Barselona" onun üçün 80 milyon ödəyəcək?

00:48

Holand "Real Madrid"ə keçir, ya yox?

06 İyun 2026
23:22

Avropa Açıq Turniri: Azərbaycan cüdoçuları ilk yarış günündə iki medal qazanıblar

22:41

Azərbaycanın 17 yaşadək futbolçulardan ibarət millisi Qazaxıstana uduzub

22:09

Azərbaycanın 3x3 basketbol millisi Dünya Kubokunda yarımfinala yüksəlib

21:43

"Mançester Yunayted" hücum xəttini "Brentford"un ulduzu ilə gücləndirmək istəyir

21:07

Viktor Osimhen "Barselona"ya keçir?

20:37

"Arsenal" türkiyəli ulduz üçün 50 milyon avro ödəyəcək?

Facebookdan bizi izləməyi unutmayın.
X