12:15 26.02.2025 313

"Xocalı soyqırımı tək Azərbaycanın deyil, bütün bəşəriyyətin faciəsidir" - Tahir Gözəl

“Qarabağ”ın prezidenti Tahir Gözəl Xocalı soyqırımı ilə bağlı danışıb.

Fanat.Az xəbər verir ki, klub funksioneri klubun rəsmi saytına açıqlamasında belə deyib:

“Azərbaycan tarixinin unudulmaz yarası, azərbaycanlıların soyqırımının törədildiyi Xocalı hadisələrindən 33 il ötür. Uzun illər Qarabağ haqqında danışanda çətinlik çəkir, soyqırımını Xocalıdan kənarda anırdıq. Ali Baş Komandan İlham Əliyev başda olmaqla Azərbaycan Ordusunun qazandığı şanlı Qələbədən sonra Qarabağ barədə qürurla danışa bilirik. Artıq doğma torpaqlarımıza qayıtmışıq. İndi Xocalıda Azərbaycan Bayrağı dalğalanır. Soyqırımı gününü Xocalıda günahsız qurbanların xatirəsini anaraq qeyd edə bilirik. Əminəm ki, indi şəhidlərimizin ruhu şaddır”.

Gözəl dünya tarixinin ən dəhşətli faciələrindən biri olan Xocalı soyqırımını heç vaxt unutmayacaqlarını bildirib: “1992-ci il fevralın 25-dən 26-na keçən gecə törədilən soyqırımında 63-ü uşaq, 106-sı qadın, 70–i yaşlı olmaqla 613 günahsız insan vəhşicəsinə qətlə yetirilib, 150 insan itkin düşüb, 1000-dən çox insan girov götürülüb. Bunları yaddan çıxara bilmərik. Bu, tək Azərbaycanın deyil, bütün bəşəriyyətin faciəsidir. Həmin gecə yaşananları hər kəs düşünməli, biganə qalmamalıdır. Dünya dövlətlərinin Xocalıda baş verənlərə hüquqi qiymət verəcəyinə ümid edirik”.

“Qarabağ”ın torpaqlarımızın işğal altında olduğu dövrdə məcburi köçkünlərimizin təsəllisi olduğunu söyləyən Tahir Gözəl klubun fərqli məsuliyyət və missiya daşıdığını vurğulayıb: “Bu ad bizi həm meydanda, həm də meydandan kənarda daha məsuliyyətli olmağa, qatıldığımız bütün yarışlarda layiqincə mübarizə aparmağa vadar edib. Biz Qarabağ adını Avropada layiqli şəkildə təmsil etməyə, ucaltmağa çalışmışıq. Komandamız üçün qazandığı nəticələrdən daha çox, meydanda göstərdiyi qələbə ruhu, mübarizə əzmi və sərgilədiyi xarakter önəm daşıyır. Elə qarşılaşmalar olub ki, biz məğlub olmuşuq, amma döyüşkənliyimizi və iradəmizi heç vaxt itirməmişik. Bu əzmin arxasında Qarabağ adı və xalqımızın bizə olan inamı, sevgisi dayanır. Azərbaycan futbolunun liderinə çevrilən komandamız avrokuboklardakı nəticələri ilə həm azarkeşlərimizi sevindirib, həm də Qarabağ adını yüksək səviyyədə təmsil edib. Hədəfimiz və məramımız dəyişmir: bundan sonra da Qarabağ adını Avropada layiqincə təmsil etmək üçün əlimizdən gələni əsirgəməyəcəyik”.

Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

08 İyun 2026
02:33

PSJ-nin ulduzu üçün 130 milyon avro ödəyəcəklər?

01:58

Onun üçün "Barselona"dan 80 milyon istədilər

01:14

Elvin Cəfərquliyev susqunluğunu elə bir mesajla pozdu ki...

00:38

Valdas Dambrauskas "Sabah"dan ayrılır?

07 İyun 2026
23:54

"Qarabağ"ın braziliyalı müdafiəçisindən gözlənilməz Avropa Liqası bəyanatı

22:36

Azərbaycanın 3x3 basketbol millisi Dünya Kubokunun yarımfinalında məğlub olub

22:02

Azərbaycanın kişilərdən ibarət voleybol yığması İsveçə uduzub

21:58

Sosial mediada San-Marino - Azərbaycan matçını "ələ saldılar"

21:29

"Real Madrid"dən Arda Güler paylaşımı

20:53

Joze Mourinyudan "Real Madrid" rəhbərliyinə Bernardo Silva tələbi

20:26

"Liverpul" müdafiəsini Maksim Esteve ilə gücləndirir

19:51

"Nyukasl" Entoni Qordonun əvəzləyicisini İspaniyada tapdı

19:23

Fermin Lopez "Barselona" üçün toxunulmazdır

18:43

"Real Madrid" portuqaliyalı yarımmüdafiəçini hədəf seçib

18:18

"Arsenal" PSJ-nin gənc müdafiəçisi üçün hərəkətə keçdi

17:44

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

17:20

"Mançester Siti" vingerinin maaşını artırıb qalmağa razı saldı - Son durum

16:51

Fransalı ulduz klubsuz qaldı

16:17

"Ayaks" "Real"ın oyunçusunu aparır - Bu qiymətə

15:45

"Braziliyada onu əvəz edəcək futbolçular var"

15:18

A Seriyasında yeni baş məşqçi təyinatı reallaşır

14:23

"Zirə" Tyaqo Silva ilə vidalaşdı

14:00

Xorvatiya Sloveniyaya qarşı, İtaliya Yunanıstan səfərində - Oyunlar

13:30

Türkiyədən əzmkar qələbə - VİDEO

12:49

Avropa Liqası: Voleybol millimiz Estoniyaya qarşı

12:20

Avropa çempionları bu gün Bakı turuna çıxır

11:50

Dünya Kuboku: Azərbaycan millisi yarımfinal oyununa çıxır

11:13

Günün oyunları bu kanallarda - AFİŞA

10:41

Argentina ciddi itki ilə üzləşdi

09:37

İstanbul nəhəngi yeni baş məşqçisinin adını açıqladı

09:00

Almaniya mundialın təşkilatçılarına qalib gəldi

02:22

"Real Madrid"in ulduzu İtaliya nəhənginə keçir?

01:37

"Barselona" onun üçün 80 milyon ödəyəcək?

00:48

Holand "Real Madrid"ə keçir, ya yox?

06 İyun 2026
23:22

Avropa Açıq Turniri: Azərbaycan cüdoçuları ilk yarış günündə iki medal qazanıblar

22:41

Azərbaycanın 17 yaşadək futbolçulardan ibarət millisi Qazaxıstana uduzub

22:09

Azərbaycanın 3x3 basketbol millisi Dünya Kubokunda yarımfinala yüksəlib

21:43

"Mançester Yunayted" hücum xəttini "Brentford"un ulduzu ilə gücləndirmək istəyir

21:07

Viktor Osimhen "Barselona"ya keçir?

20:37

"Arsenal" türkiyəli ulduz üçün 50 milyon avro ödəyəcək?

Facebookdan bizi izləməyi unutmayın.
X