
Səudiyyə Ərəbistanının "Əl-Əhli" klubu "Barselona"nın gənc yarımmüdafiəçisi Mark Kasadonu transfer etmək üçün hərəkətə keçib.
Fanat.Az jurnalist Saşa Tavolyeriyə istinadən xəbər verir ki, ərəb təmsilçisi futbolçu ilə şəxsi şərtlər əsasında razılığa gələ biləcəyinə əmindir.
Kataloniya klubu da mövsümöncəsi toplanış heyətindən kənarda saxladığı 20 yaşlı orta sahə oyunçusunun satışına isti baxır.
Transferlə bağlı klublararası rəsmi danışıqların yaxın günlərdə daha da intensivləşəcəyi gözlənilir.