"Barselona" "Atletiko"nun ulduzu Antoine Qrizmannı heyətinə qatır. Fanat.Az xəbər verir ki, bu barədə "El Mundo Deportivo" məlumat yayıb.
Kataloniya klubuna yaxınlığı ilə tanınan qəzet iddia edir ki, fransalı ulduz ailəsi ilə birlikdə "Barselona"nın prezidenti Yosep Maria Bartomeu ilə görüşüb.
Məlumata görə, artıq klubla futbolçu arasında prinsipial anlaşma əldə olunub. "Barselona" bu transfer üçün "Atletiko"ya 100 milyon avro ödəyəcək.
Qeyd edək ki, "Atletiko" Qrizmannı 2014-cü ildə "Real Sosyedad"dan 30 milyon avroya alıb.
Fanat.Az

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol