12:20 25.11.2025 840

"Neftçi"də "dəyirman öz işindədir, çax-çax baş ağrıdır"

"Neftçi" ötən mövsüm də birinci dövrədən sonra baş məşqçisini istefaya göndərmişdi. "Ağ-qaralar"ın sükanı arxasında qələbə qazana bilməyən Roman Qriqorçuk yola salınmış, Samir Abasov gətirilmişdi. Dünən postundan göndərilən yerli məşqçinin gedişi hələ açıqlanmamış ictimaiyyətə yeni namizədin adı sızdırıldı: Yuri Vernidub. Sadəcə, rəsmi qərardan sonra xəbər daha da tirajlanmaqdadır. Deyilənlərə inansaq, "Neftçi" rəhbərliyi Qriqorçukun həmyerlisini Bakıya dəvət edib. 

Görünən odur ki, bakılılar başına gələnlərdən dərs çıxarmayıb. Əksinə, səhvlər sıralanır. Axı niyə Vernidub? Beş-altı il əvvəl adı “Sabah”la hallandırılan, irəli sürdüyü tələblərə görə keçidi baş tutmayan 59 yaşlı mütəxəssisin "Neftçi"yə hansı xətlə dəvət edilməsi, planın kimə məxsus olması gün kimi aydındır. Deməli, kluba 14 legioner futbolçu aldıran və son bəyanatda "hamısını baş məşqçi istəmişdi" deməklə günahı Abasovun üzərinə yıxmağa çalışan həmin işbazlar yenə ampluasındadır. Bu dəfə Vernidub gətiriləcək, bəh-bəhlə təqdim olunacaq, qışda "onun istəyi ilə" daha bir neçə oyunçu transferi reallaşdırılacaq, yenə, yenə, yenə...növbəti avrokuboksuz mövsüm izləyəcəyik. Bir sözlə, "dəyirman öz işindədir, çax-çax baş ağrıdır".  

"Neftçi"nin niyə başqa alternativi olmamalıdır? Rəhbərlik niyə bir neçə ildir klubun içinə girib transfer əməliyyatlarını əlinə alan və milyonlar qazanan "mafiya"nın çaldığı ilə oynamalıdır? Şəffaf yanaşma o zaman olardı ki, klub danışıq apardığı bir neçə mütəxəssisin adının yer aldığı siyahını təqdim edərdi, medianın onlara çıxışını, "Neftçi"dən istək və tələbinin nələr olduğunu öyrənmməsinə şərait yaradardı. Sonda qoy Əlinin, Vəlinin, Pirvəlinin yox, məhz Vernidubun keçidi alınsın. Hər kəs də bilsin ki, bu anlaşma hansı reallıqlara əsasən baş tutdu. Amma Samir-Yuri dəyiş-düyüşü bəlli planın tərkib hissəsi kimi görünür. 

Rəhbərlik "tarixin təkrarlanması"na yol verməməlidir. Axı "Neftçi" böyük tarixi olan klubdur. İnanırıq ki, uğursuzluğun baiskarlarının əlləri bu dəfə kəsiləcək, məqsədləri yalnız pul qazanmaq olan həmin şəxslərin istəkləri nəhayət, reallaşmayacaq.       

Fanat.Az

Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

10 Avqust 2026
18:32

"Səfərdə etdiyimiz səhvləri təkrarlamamağa çalışacağıq" - Valdas Dambrauskas

18:02

"Yəqin ki, müdafiə xəttinə əlavələrimiz olacaq" - Fərid Namazov

17:43

"Sabah" qalib gələcək və mərhələ adlayan tərəf olacaq" - Ağasəlim Mircavadov

17:26

PSJ "Liverpul"dan Barkola üçün bu qədər istəyir

17:08

"Şəfa"dan ayrılan hücumçu bu kluba keçə bilər - SON DURUM

16:57

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

16:45

"Dinamo Kiyev" Bakıya nə vaxt gəlir?

16:27

"Kəpəz" Kiyev "Dinamo"sunun sabiq hücumçusu ilə müqavilə bağladı

16:09

"Difai" ilə vidalaşdı, özünə yeni iş yeri tapdı

15:51

"Karvan-Yevlax" Rzayevi transfer etdi

15:33

1-ci Liqa komandasını "Kəpəz"ə dəyişdi

15:15

"Sabah"ın da istədiyi vinger Toral Bayramovla komanda yoldaşı oldu

14:57

"Araz-Naxçıvan" Ağadadaş Salyanski ilə anlaşdı

14:38

MPL: Açılış turunun oyun cədvəli bilindi

14:20

"Mingəçevir"in sınaq görüşlərindəki rəqibləri bilindi

14:02

"Misli" Premyer Liqaya sponsorluğunu davam etdirəcək

13:43

"Bakıdakı oyunda tempi bir qədər artırsaq, "Dinamo"nu mübarizədən kənarlaşdıra bilərik" - Vüqar Nadirov

13:25

Messinin atasının vida mərasimi keçirildi - FOTO

13:08

"Daha çox transfer edəcəyik" - "Sumqayıt"ın baş məşqçisi

12:50

"Komo" "Çelsi"nin oyunçusunun transferini rəsmən açıqladı

12:31

"Bu cür oynasa, "Sabah" rahat şəkildə bu mərhələni keçər" - Arif Əsədov

12:10

"Qalatasaray" Osimhenlə bağlı son qərarını verdi

11:49

AÇ: Azərbaycan millisi Slovakiya ilə üz-üzə

11:28

Vlahoviç "Beşiktaş"a "yaşıl işıq" yandırdı

11:07

"Sabah" - "Orhus" oyununa neçə bilet satılıb? - SON DURUM

10:46

"Qalatasaray" "Çelsi"nin hücumçusunu heyətinə qatmağa yaxındır

10:09

Kamilo Duran "Seltik"də yenə fərqləndi

09:48

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

09:25

PSJ Fransa millisinin üzvünü transfer etdi

09:00

Maldini Qvardiolanın İtaliya millisini çalışdırmağa nə qədər yaxın olduğunu açıqladı

02:09

Komandası inamlı qələbə qazandı, Toral isə...

09 Avqust 2026
23:58

"Beşiktaş"ın 5 milyonluq forvardı "Neftçi"yə niyə gəlmədi?

23:02

"Sabahın Ulduzları": "Qarabağ" darmadağına sevindi

22:48

FİFA-dan yeni qərar

22:14

"Əl-Əhli" Mark Kasado üçün hərəkətə keçdi

21:31

"Arsenal" Barkola transferində geri addım atmır

21:03

Elvin Cəfərquliyevin səhhəti ilə bağlı son vəziyyəti açıqlanıb

20:42

"Mançester Siti"dən gözlənilməz həmlə

20:13

"Barselona"da de Yonq gərginliyi

19:32

Kamandan oxatma üzrə ölkə çempionatı və kubokunun qalibləri mükafatlandırılıb

Facebookdan bizi izləməyi unutmayın.
X