
İspaniyanın "Jirona" klubu yeni qapıçı ilə müqavilə imzaladığını rəsmən açıqlayıb.
Fanat.Az xəbər verir ki, Kataloniya təmsilçisi "Olimpik Marsel"dən ayrıldıqdan sonra azad agent olan ispaniyalı Ruben Blankonu heyətinə cəlb edib.
Onunla mövsümün sonuna qədər müddətə müqavilə imzalanıb.
"Jirona" daha əvvəl Mark-Andre ter Stegeni "Barselona"dan icarəyə götürmüşdü. Lakin alman qolkiper ciddi zədə alaraq cəmi iki oyunda iştirak edə bilib.
Blanko "Selta"nın yetirməsir. O, La Liqada yeniyetməlik dövründə debüt edib və 10 il oynayıb. O, bu mövsüm bir dəfə də olsun meydana çıxmayıb, yalnız "Olimpik Marsel"in ehtiyat komandasında bir oyunda iştirak edib. "Transfermarkt" onun bazar dəyərini 800 min avro olaraq qiymətləndirir.