
Misli Premyer Liqasının (MPL) 31-ci turunda "İmişli"nin qonağı olacaq "Zirə" oyuna itkilərlə çıxacaq.
Bunu Fanat.Az-a açıqlamasında qəsəbə təmsilçisinin sözçüsü Elmar Abdullazadə deyib:
"Komandanın 3 oyunçusu Qubadakı matçı buraxacaq. Brahim Konate cəzalıdır. O, ötən turda aldığı sarı vərəqəyə görə cəzalı duruma düşüb. Zədəlilərə gəlincə, Rüfət Abdullazadə ilə Enrike Kustodio hələ hazır deyillər".
"İmişli" - "Zirə" qarşılaşması mayın 8-də keçiriləcək. Quba Olimpiya İdman Kompleksinin stadionunda baş tutacaq görüşün start fiti 16:30-da səsləndiriləcək.
Hazırda 49 xalı olan "qartallar" turnir cədvəlinin 5-ci, 32 xala malik bölgə təmsilçisi isə 9-cu pilləsində qərarlaşıblar.
Mirağa