
UEFA Millətlər Liqasında 1-ci tur davam edir.
Fanat.Az xəbər verir ki, dünən start götürən turun ikinci oyun günündə daha 8 oyun keçiriləcək.
A Liqasının oyunları xüsusi maraq doğurur. 1-ci qrupda yer alan Türkiyə millisi doğma meydanda Fransa yığmasını qəbul edəcək. İtaliya isə Belçikanı sınağa çəkəcək.
Qeyd edək ki, D Liqasında yer alan Azərbaycan millisi ML-də ilk oyununu 27 sentyabrda səfərdə Litvaya qarşı keçirəcək.
UEFA Millətlər Liqası
Qrup mərhələsi, 1-ci tur
25 sentyabr
A Liqası, 1-ci qrup
22:45. İtaliya – Belçika
22:45. Türkiyə – Fransa
B Liqası, 2-ci qrup
20:00. Gürcüstan – Şimali İrlandiya
22:45. Macarıstan – Ukrayna
B Liqası, 4-cü qrup
22:45. Polşa – Bosniya və Herseqovina
22:45. İsveç – Rumıniya
C Liqası, 2-ci qrup
20:00. Ermənistan – Latviya
22:45. Monteneqro – Kipr