
İngiltərə millisinin sabiq futbolçusu Rahim Sterlinq özünə yeni klub tapmaqda çətinlik çəkir.
Fanat.Az xəbər verir ki, informasiyanı "Foot Mercato" yayıb.
Məlumata görə, 31 yaşlı futbolçu son günlər Liqa 1 klublarına təklif olunub. Klublardan birinin “Havr” olduğu bildirilir.
“Havr” artıq həmin mövqedə kifayət qədər futbolçunun olduğunu əsas gətirərək Sterlinqin transferindən imtina edib.
Sterling “Feyenord”dakı çıxışından sonra hazırda azad agent statusundadır. İngiltərə millisinin 82 oyun keçirmiş futbolçusunun karyerasını Fransada davam etdirməyə açıq olduğu və yeni klub tapmaq üçün maliyyə baxımından güzəştlərə gedəcəyi qeyd edilir.
Əlisahib İbrahimli