Sabah milli komandamız UEFA Millətlər Liqasında Maltanı qəbul edəcək. Bu oyunda rəqibin əsas oyunçularından olan kapitan Maykl Mifsud oynamayaaq. Buna səbəb onun Kosovoya 1:3 hesabı ilə yenildikləri oyunda qırmızı vərəqə alması olub.
Fanat.Az xəbər verir ki, millimizin baş məşqçisi Qurban Qurbanov Maykl Mifsudin oynamamasına münasibət bildirib. Baş məşqçi bu futbolçunun digərlərinə nümunə olduğunu deyib:
"Bu futbolçuya rəğbətim var. 37 yaşında bu cür hərəkətli olması digərlərinə nümunədi. Onun oynamayacağına sevinmirəm. İstəyirəm ki, yaxşı futbolçular meydanda olsun. Onun yoxluğunun rəqibin oyununa təsir edəcəyini düşünmürəm".
Qeyd edək ki, Maykl Mifsud 1981-ci ildə dünyaya gəlib. Hazırda Maltanın "Birkirkara" klubunda çıxış edən 37 yaşlı futbolçu 2000-ci ildən çağırıldığı milli komandada 132 oyun keçirərək 41 qol vurub.
Fanat.Az

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol