21:56 14.10.2018 2277

Millimizin "cırtdan"a gücü çatmadı

Azərbaycan yığması UEFA Millətlər Liqasında növbəti oyununu keçirib.

Fanat.Az xəbər verir ki, D Liqasının III qrupunda yer alan komandamız IV turda Malta yığmasını qəbul edib. Bakı Olimpiya Stadionunda keçirilən qarşılaşmanın 19-cu dəqiqəsində Azərbaycan millisindən Rüfət Dadaşov hesabı açsa da, hakim ofsayd qərarı verərək qolu qeydə almayıb. Əvəzində 37-ci dəqiqədə Roven Muskat Maltanı hesabda önə keçirib. Millimizin bərabərlik axtarışları 53-cü dəqiqədə nəticə verib. Mahir Mədətovun ötürməsini qola çevirən Araz Abdullayev bərabərliyi təmin edib. Bundan sonra oyunda qol olmayıb və matç 1:1 hesabı ilə yekunlaşıb.

Qeyd edək ki, ötən ay bu komandalar arasında II turun Ta Qali Milli Stadionunda keçirilmiş görüşü də heç-heçə ilə nəticələnmişdi - 1:1. Malta indiyədək qazandığı hə iki xalı Azərbaycan millisindən alıb. Qrupda keçirdiyi bütün oyunlarda qol vuran "cırtdanlar", ilk turda Farer adalarına, oktyabrın 11-də isə Kosovoya səfərdə eyni hesabla uduzub - 1:3. İlk qələbəsini 3 gün öncə Farer adalarında 3 cavabsız qolla qazanan Azərbaycan isə I tur qarşılaşmasında Bakıda Kosovo ilə qolsuz bərabərə qalıb.

Onu da qeyd edək ki, qrupun digər oyununda da eyni hesab qeydə alınıb - 1:1. Bu matçda Farer adaları və Kosovo "sülh"ə razılaşıb.
 
UEFA Millətlər Liqası
D liqası, III qrup
IV tur

14 oktyabr
Azərbaycan - Malta 1:1
Qollar: Araz Abdullayev, 53 (ötürmə - Mahir Mədətov) - Roven Muskat, 37 (ötürmə - Xuan Karlos Korbolan).
Azərbaycan: 1. Kamran Ağayev (k), 2. Qara Qarayev, 4. Pavel Paşayev, 5. Maksim Medvedev, 7. Araz Abdullayev, 13. Dmitri Nazarov, 16. Rüfət Dadaşov, 17. Mahir Mədətov (15. Cavid İmamverdiyev, 77), 19. Rahil Məmmədov (21. Təmkin Xəlilzadə, 46), 20. Riçard Almeyda, 22. Bədavi Hüseynov.
Ehtiyat oyunçular: 12. Şahrudin Məhəmmədəliyev, 23. Səlahət Ağayev, 3. Ürfan Abbasov, 6. Bəxtiyar Həsənalızada, 8. Emin Mahmudov, 9. Namik Ələsgərov, 10. Ruslan Qurbanov, 11. Ramil Şeydaev, 14. Rahid Əmirquliyev, 18. Məhəmməd Mirzəbəyov.
Baş məşqçi: Qurban Qurbanov.
Malta: 1. Andrev Hoqq, 3. Yozef Zerafa, 4. Stiv Borq, 5. Andrey Aqius, 8. Pavlu Fenex, 9. Yozef Mbonq, 10. Andre Şkembri (k) (14. Jean Paul Farruciya, 86), 11. Roven Muskat (21. Roderik Briffa, 70), 15. Xuan Karlos Korbolan, 17. Rayan Kamilleri, 19. Alfred Effionq (6. Cake Qrex, 82).
Ehtiyat oyunçular: 12. Anri Bonello, 23. Stiv Sultana, 2. Maykl Yohnson, 7. Stiv Pisani, 13. Kleyton Failla, 16. Ferdinando Apap, 18. Byorn Kristensen, 20. Andrev Kohen, 22. Kain Attard.
Baş məşqçi: Rey Farruciya.
Sarı vərəqələr: Andre Şkembri, 43. Pavlu Fenex, 48. Stiv Borq, 52. Andrey Aqius, 58.
Hakimlər: İvan Bebek, Tomislav Petroviç, Miro Qrqiç, Qoran Pataqi (Xorvatiya).
Əlavə köməkçi-hakimlər: Mario Zebek, Qoran Qabrilo (Xorvatiya).
Bakı Olimpiya Stadionu.
 

1.

Kosova

4

2

2

0

6:2

8

2.

Azərbaycan

4

1

3

0

5:2

6

3.

Farer adaları

4

1

1

2

4:7

4

4.

Malta

4

0

2

2

4:8

2


Fanat.Az
Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

11 İyun 2026
01:48

Premyer Liqa klubunun "Neftçi"nin yetirməsi ilə bağlı mövqeyi bəlli oldu

01:24

106 milyon yetmədi, görün indi nə qədər istəyirlər

00:36

"Turan Tovuz"dan ayrılan Ozobiç yeni mövsümə harada başlayacaq?

10 İyun 2026
23:33

Holand və komandası Amerikaya görün nə apardı!

23:08

Tarixi rekordun sonu çatır: Messi, yoxsa Mbappe?

22:43

"Barselona"nın transfer siyahısı bəlli oldu

22:13

Lənkəranda güləş festivalı keçirildi

21:44

"Turan Tovuz" Filip Ozobiçlə vidalaşdı

21:21

Raul Ximenes "Vulverhempton"a geri döndü

20:51

Aykut Kocaman yenidən "Fənərbağça"da?

20:12

"Mançester Yunayted" İtaliya millisinin gənc ulduzunu hədəfə alıb

19:51

Xabi Alonso "Çelsi"də toxunulmaz futbolçuların siyahısını müəyyənləşdirib

19:25

Xorxe Mendes üç müştərisini "Real Madrid"ə təklif etdi

18:41

Tələbə Basketbol Liqasının mükafatçıları bəlli oldu

18:12

"Fiziki gücü artıq 20 il əvvəlki qədər deyil, lakin..."

17:44

"Şəfa" daha üç futbolçu ilə yollarını ayırdığını açıqlayıb

17:32

Azərbaycanın şito-ryu karate yığması AÇ-də 8 medal qazandı

17:11

"Belçikadan gözləntilər böyükdür, amma..." - Eden Hazar

16:53

Azərbaycan Mərakeşdə keçiriləcək dünya çempionatına 5 yelkənçi ilə qatılacaq

16:21

"Tottenhem"də yeni müqavilə - RƏSMİ

16:03

"Qazaxıstanın qarşısında aciz görünməyimiz ciddi siqnaldır" - Həsənov problemləri sadaladı

15:44

"Barselona" Raşfordla bağlı qərarını qətiləşdirdi - SON DURUM

15:26

İstanbul təmsilçisi Şevalye üçün PSJ-yə təklif göndərməyə hazırlaşır

15:07

Norveç millisi mundiala xüsusi tədarüklə yollanacaq

14:49

"Mançester Yunayted" 6 futbolçusu ilə vidalaşdığını rəsmən açıqladı

14:30

Argentina millisinin qapıçısı İtaliya klubuna keçir - Maaşı açıqlandı

14:12

İspaniya futbolunda qalmaqal - Klub rəhbərliyi La Liqadan düşəcəklərinə pul qoyuluşu edib

13:53

"Messini məğlub edəcəyik" - Əlcəzairli futbolçu meydan oxudu

13:35

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

13:21

"Şəfa" növbəti transferini rəsmiləşdirdi

13:04

DÇ-2028: Azərbaycanın yer aldığı səbət bilindi

12:46

"Qəbələ"də növbəti ayrılıq - RƏSMİ

12:27

"Şamaxı"nın rəqiblərindən biri müəyyənləşdi

11:59

Qlasner İtaliya nəhəngini çalışdırmağa yaxındır - SON DURUM

11:40

Balau "Şamaxı"nı "Turan Tovuz"a dəyişdi - RƏSMİ

11:28

Əziz Yıldırımdan Salah açıqlaması: "Fənərbağça"dan nə qədər maaş istədiyi bilindi

10:54

"Qrupda 12 xal qazansaq da..." - Azərbaycan millisinin baş məşqçisi

10:33

Qvardiola "Jirona"nın La Liqadan düşməsinin səbəbini açıqladı

10:12

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

09:51

Messiyə 2 dəqiqə kifayət etdi, Argentina darmadağınla qalib gəldi - VİDEO

Facebookdan bizi izləməyi unutmayın.
X