09:00 11.03.2020 1788

Cüdomuz niyə yerində sayır? - YAZI

"Azərbaycan ... ölkəsidi". Özəlliklə, pullu - dolların 0.78 olan vaxtlarında ölkəmizə gələn əcnəbi futbol mütəxəssisləri ümidləri doğrultmadan, uğur qazanmadan evə qayıdandan sonra verdikləri ilk müsahibələrdə üç nöqtənin yerinə şahmat, güləş, ya da cüdonun adını qoyardılar. Bəhanə olmağına bəhanəydi, amma qınamaq da olmurdu. 

Gördükləri uğur qazananlara ayrılan mükafatlar, futbolda olmayan qələbələrin zurna-balabanlarla, efirlərdə açıq-aşkar mükafatlandırmalarla qeyd edilməsi idi. Bir də olimpiya oyunları ərəfəsi oldumu, kişiləri şoka salırdıq. Çempionun, mükafatçıların "premiyalar”ı milyon dolları keçirdi. Əslində o zaman üçün üzdə olan, ancaq görüntüsü reallıqdan çox-çox baha bir növ var idi. Yiyəsi nazir idi deyə, elə bilirdin hər şey yağ-baldı, əslində vəziyyət bərbada yaxın idi. Paradoks isə tariximizin ən böyük nəticələrinin o zaman qazanılması oldu. Söhbət cüdo federasiyasından gedir. Sabiq Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Füzuli Ələkbərov 1996-cı ildən 2015-ci ilədək bu federasiyanın prezidenti olub. "İmproteks" şirkətlər qrupunun rəhbəri olan Ələkbərov daha çox biznesmen kimi ad çıxarmışdı. Bu sahənin adamları isə adətən perspektivi şübhəli işlərə soyuq yanaşır, maaliyyəni cibindən ayırmamağa çalışır. Cüdo da onun üçün belə idi. Odu ki, 19 il ərzində, xüsusilə, son illərdə demək olar ki, bütün təlim-məşq toplanışlarına komanda 7 nəfərlik heyətlə yollanırdı: 5 kişi və 2 qadın cüdoçu. Bəzən bu, 10-a, hətta 15-ə də qalxardı, amma məğz dəyişmirdi. Hətta açıq-aşkar məşqçilərin qarşısına şərt qoyulurdu ki, filan idmançının filan yarışda şansı azdısa, aparmayın! Bütün bunlara rəğmən, Azərbaycan cüdosu (oxu: müstəqillik qazanılandan sonra) ilk olimpiya çempionunu (Elnur Məmmədli), ilk olimpiya üçüncüsünü (Mövlud Mirəliyev), ilk dünya çempionunu (Elxan Məmmədov) dünya idmanına məhz Ələkbərovun dövründə verdi. Ən uğurlu əcnəbi məşqçi - Peter Zeyzenbaxer o dönəmdə gətirildi. Bu gün cüdomuzun simalarından olan Rüstəm Orucovun 21 yaşında London olimpiadasına düşməsi üçün inanılmaz qüvvə sərf edən də, Ermənistanda keçirilən gənclərin Avropa birinciliyində həmin Elmar Qasımovu zirvəyə çıxaran və gələcəyin varlığını göstərən də Ələkbərovun komandası oldu. Dünya üçüncüsü Orxan Səfərovu da bir kənara yazaq. Həmin komandada qadınlar - Kifayət Qasımova və Ramilə Yusubova var idi. Hər ikisi də dünya və Avropa mükafatçısı... Özümüzünkülər idilər ha, Monqolustanın, Rumıniyanın əldə qalanları deyildilər. 

2015-ci il fevralın 28-də məlum olaylar yaşandı. Köhnə "Neftçibaza"nın qabağında cüdo yığmamızın üzvləri etiraza qalxdılar. 2013-cü ildə nazir postundan göndərilən Ələkbərov üçün federasiya dözülməz xərc idi. Amma o, sırf yuxarılarla əlaqələri qorumaq üçün "vuruşurdu". Artıq gec idi. Qurulan plan işə yaramışdı və tezliklə də reallaşdı. 

Beləliklə, bütün məsuliyyət idman sahəsində yetərincə təcrübəli,  "Neftçi" Futbol Klubunda uğurlu olmuş Sadıq Sadıqova tapşırıldı. Amma cüdo spesifik sahə idi. Cəmi bir il sonra Rio olimpiadası gəlirdi. Sadıqov  heç nə edə bilməzdi. Bir çıxış yolu qalırdı. 2016-cı il fevralın 12-də SOCAR və Beynəlxalq Cüdo Federasiyası arasında 4 illik anlaşma imzalandı. 

"Bizim üçün də belə bir müqaviləni ən məşhur şirkətlərdən biri ilə imzalamağımız çox əlverişli imkandı. SOCAR-la tərəfdaşlıq idman sahəsində bir çox layihələrimizin həyata keçirilmə baxımından mühüm əhəmiyyət kəsb edir”.

Bunu Beynəlxalq Cüdo Federasiyasının prezidenti Marius Vizer dedi. Vizer illərdi Füzuli Ələkbərovdan ala bilmədiyini almışdı. Fəqət bu bazar deyildi, ticarət idi. Ticarətdə isə heç olmasa, başabaş alış-veriş məcburidi. Vaxt yox idi və köhnə heyətə güvənən yeni komanda elə "köhnə" idmançıların - Rüstəm Orucovla Elmar Qasımovun sayəsində iki olimpiya gümüşü qazandı. Bu, idarəçilik yox, xərc idi. İnanılmaz büdcə sayəsində vitamınləşmə, Yaponiyadan tutmuş Fransa, Braziliyaya qədər təlim-məşq toplanışları, yüksək əməkhaqqları bəhrə verdi.

Qarşıdan Tokio Olimpiadası gəlir. İdmanımızın markalarından birinin başında olan indiki rəhbərliyin 5 ili tamam olacaq və biz olimpiadaya gedirik. Əsas medal ümidlərimiz kimlərdi sizcə? Yenə Rüstəm Orucovla Elmar Qasımov - Füzuli Ələkbərovun zamanında üzə çıxan idmançılar. Doğrudu, danışdırsan deyəcəklər ki, nə bilim Sumqayıtda, Gəncədə və sairə şəhərlərdə zallar açmışıq, yeniyetmələr arasında filan nəticə, gənclər arasında filan nəticə... Bəylər, böyüklərinizi və böyüklüyünüzü göstərin, bir zəhmət.

P.S. Siz də "gör Ələkbərovun əlində neft olsaydı, cüdomuzda nələr olardı" deyə düşündünüzmü? Məsəl var: gələn gedənə şükr etdirər. 

Əli Sahib
Fanat.Az


Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

19 May 2024
10:21

ABL: Final mərhələsinin ikinci oyununda kim sevinəcək?

10:00

"Yaratdığımız imkanlardan faydalana bilmədik" - Pedro Nuno

09:30

MPLElmar Baxşıyev sabiq komandasına qarşı - YENİLƏNİR

09:00

Günün oyunları bu kanallarda - AFİŞA 

18 May 2024
23:22

Renat oynadı, komandası "Beşiktaş"a uduzmadı

23:00

"Hər şey öz əlimizdədir" - Azər Salahlı

22:19

"Hakim məsələsini atın kənara, hər şey bəllidir"

21:44

"Tottenhem" müdafiəçisini Avropa nəhənginə satır

21:28

"Futbolçularım fantastik oynadılar" - Krunoslav Renduliç

20:31

"Neftçi"nin qələbəsinə kölgə salmaq istəmirəm, amma..."

20:12

"O qoldan sonra oyun açıldı" - Miodraq Bojoviç

19:45

Adil Şükürov "Zirə"yə məğlubiyyəti şərh etdi

19:25

"Bizdə 5-6 səviyyəli hakim var, amma bu, kifayət etmir" - Rəşad Sadıqov 

18:58

"Neftçi ilə "Zirə"dən qələbə, "Sumqayıt" "Sabah"la bacarmadı

18:26

Aleks de Souza Super Liqa klubunda

17:53

AFFA Yüksək Qızlar Liqasında 2023/2024 mövsümünə yekun vuruldu

17:30

AÇ-2024: Serbiya millisinin ilkin heyəti bilindi

16:57

Azərbaycan boksçuları Rusiyadakı turniri 5 medalla başa vurdular

16:13

"Bu mövsüm sərgilədiyim oyundan razıyam" - İPL-in ən yaxşı oyunçusu

15:47

Azərbaycan millisi Özbəkistanda 3-cü qələbəsini qazandı

15:31

İPL-in ən yaxşı futbolçusu müəyyənləşdi

15:11

Azərbaycan boksçuları Macarıstanda 2 medal qazandı

15:04

Ən yaxşı gənc oyunçu adına namizədlər açıqlandı - Bellingem siyahıda yoxdur

14:45

Stefano Piolini Fonseka əvəzləyəcək

14:15

Lamiyə Parisdə dünya çempionu oldu

13:49

Koul Palmer bütün rəqiblərini qabaqladı

13:15

"Sumqayıt" "Sabah"a qarşı bir itki ilə mübarizə aparacaq

12:41

Azərbaycan ilk dəfə Dünya Kubokuna ev sahibliyi edəcək

11:42

Peşəkar Çövkən Liqası start götürür

11:13

Azərbaycanın 5 güləşçisi Avropa çempionatının finalında

10:50

Ronaldu yeni rekorda imza atdı

10:17

"Böyük futbolçular xüsusi klublarda oynamaq istəyirlər" -  Kilian Mbappe

09:47

Şahruddin 90+2-də əvəzləndi, komandası...

00:48

"Bunu heç xoş qarşılamadım" - Qurban Qurbanov

17 May 2024
23:31

"Hakimlər bu il yükü daşıya bilmədilər" - Ayxan Abbasov

22:48

UEFA Şahruddinin klubunu cəzalandırdı

22:15

MPL: Qol şousunu "Qarabağ" qazandı

20:42

"Yuventus" Alleqrini qovdu - RƏSMİ

20:22

Dubayda həbs olunan futbolçu azad edildi

19:35

Koutinyo vətəninə qayıdır

Facebookdan bizi izləməyi unutmayın.
X