
İyunun 20-dən 2022/2023 mövsümünün hazırlıqlarına başlayan "Səbail"in Bakıda keçirəcəyi oyunlardakı rəqiblərindən ikisi müəyyənləşib.
Fanat.Az-ın əldə etdiyi məlumata görə, "dənizçilər" iyulun 19-na qədər davam edəcək hazırlıq çərçivəsində üç matç keçirməyi planlaşdırır.
Mahmud Qurbanovun komandası ayın 10-da "Kəpəz"lə qüvvəsini sınayacaq. Qərb təmsilçisi ilə görüş Bakı Olimpiya Stadionunda olacaq. Dörd gün sonra isə komanda "Sabah"la qarşılaşacaq. Oyun Masazırda baş tutacaq.
Qeyd edək ki, "Səbail" hazırlığın ikinci mərhələsini (20-30 iyul aralığı) Gürcüstanda keçirəcək. Tbilisidəki təlim-məşq toplanışı çərçivəsində 3 sınaq matçı nəzərdə tutulub.
Mirağa