17:43 29.08.2022 698

"Kəpəz"in Kəpəz boyda problemi

Uzun fasilədən sonra elitaya qaytarılan "Kəpəz" ilk 4 turda aldığı 4 məğlubiyyətlə klub tarixinin ən bərbad startına imza atdı. Düzdür, qərb təmsilçisi 2012/2013 mövsümündə də çempionata eyni sayda yenilgi ilə başlamışdı. Ancaq həmin vaxt "Kəpəz"in top fərqi mənfi 9 idisə, bu dəfə mənfi 10-dur. 

Artıq ölkə futbolundan az-çox anlayışı olanların proqnozlaşdırdığı ssenari də reallaşıb. Baş məşqçi Yaşar Vahabzadə və köməkçiləri istefaya göndərilib,  komandanın "sükan"ı müvəqqəti olaraq əvəzedicilərin çalışdırıcısı Xaliq Mərdanova tapşırılıb.

Təbii, Gəncə təmsilçisinin Misli Premyer Liqasında iddialı olmayacağı, özündən 15-20 dəfə varlı komandalarla başabaş mübarizə apara bilməyəcəyi öncədən bəlli idi. Ancaq tribunaları qəzalı vəziyyətdə olan stadionundan qeyri-müəyyən müddətə didərgin düşən kollektivin belə aciz görünməsi prosesləri yaxından izləyənlər üçün sürpriz sayılmamalıdır. Zatən, bu "Kəpəz" ilk 4 turda 2 heç-heçə edə bilsəydi, Yaşar bəyi hər oyunda istefaya səsləyən azarkeşlərin ürəyinə rəhm salar, futbol ictimaiyyətini yaxşı mənada təəccübləndirərdi...

İndi isə bir az əvvələ qayıdaq. AFFA-nın baş katibi Sərxan Hacıyev mayın 24-də, "Alanyaspor" futbol məktəbinin açılışında ona ünvanlanan "növbəti mövsümdən Azərbaycan Premyer Liqasında çıxış edəcək klubların - "Kəpəz" və "Turan Tovuz"un aqibəti necə olacaq" sualına belə cavab vermişdi: 

"Maliyyə məsələsi çox müzakirə olunur. Həm "Turan Tovuz", həm "Kəpəz", həm də Birinci Diviziona yüksələn klubların dəstəyə ehtiyacı var. Klublara kənar sponsorlardan da dəstək olmalıdır ki, onlar istədikləri kimi çıxış etsinlər. Biz AFFA olaraq sahibkarlardan və iş adamlarından onlara maliyyə dəstəyi vermələrini xahiş etmişik. Burada şərtlər də var. Premyer Liqaya yüksələn klublar, məsələn, "Kəpəz" 1 milyon manat xərcləməyə hazır olan sponsor tapsa,  AFFA da əlavə bir o qədər verəcək. Hazırda klublar bu məbləği tapa bilmədiyi üçün AFFA bu vəsaiti ayırmayıb".

Geridə qalan 4 tura 4 xal toplayan "Turan Tovuz"un müxtəlif layihələr, ümumi birlik hesabına yaradılmış ab-hava fonunda işləri pis getmir. Ayxan Abbasovun yetirmələri cəsarətli oyunla diqqət çəkir. Şübhəsiz, mövcud durum Tovuz futbolunun sabahı ilə bağlı nikbin düşüncələrin formalaşmasına əsas verir. Belə desək, bu günə qədər görülən işlərin effektli alındığı sezilir.

Gəncə klubunda isə əksinə, hazırda xaos hökm sürür. Nə maliyyə vəziyyətini yaxşılaşdırmaq, bəzi çatışmazlıqları qaydaya salmaq üçün hər hansı layihə var, nə də sinəsini irəli verən sponsor. Olmaq ehtimalı mövcuddursa belə, bu barədə indilik ümidverici xəbər yoxdur. Heç daha Nizami yurdunda mahmudlara, vidadilərə futbolun sirlərini öyrədəcək mərhum Kostya dayı da... 

Bu gün Gəncə adı Azərbaycanın futbol xəritəsində əvvəlki resurslarına görə qalan, əslində isə bu idman növündə xüsusi perspektiv vəd etməyən şəhərdir. Əlbəttə, bu, hələ son demək deyil. Gələcəkdə çox şeyi dəyişmək olar. Amma indiki vəziyyət işıqlı sabahlardan dəm vurmağa əlyeri qoymur. 

Başqa sponsor tapılmasa, "Kəpəz" AFFA-nın təxminən 500 min manat ianəsi hesabına mövsümün sonuna qədər vaxtını keçirə və ən yaxşı halda, gələn ilin mayında yenidən futbol qurumunun səxavətinə ümid edə bilər. Düzdür, istefaya göndərilən Vahabzadənin "köhnə məktəb" çərçivəsindən kənara çıxa bilməməsi, azarkeşlərin onu istəməməsi və bu qarışıqlığın futbolçuların psixologiyasına mənfi təsiri də qabardılmalıdır. Ancaq yeni baş məşqçinin nəinki stadionu, özünün avtobusu da olmayan klubda hər şeyi 180 dərəcə dəyişəcəyini düşünmək absurddur. Yox, gəncəli fanatlar üçün 4-5 turdanbir qazanılacaq 1 xal və ya "Şamaxı"ya qarşı keçirilən matçların hansındasa əldə ediləcək qələbə məqbul göstərici sayılacaqsa, o zaman yeni baş məşqçi işə yaraya bilər.

Bir sözlə, "Kəpəz"in adını daşıdığı Kəpəz dağı boyda problemləri var. O boyda dağı kirayə avtobusla şəhər-şəhər daşımaq isə baş girləməkdən başqa bir şey deyil.

Fanat.Az

Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

08 İyun 2026
02:33

PSJ-nin ulduzu üçün 130 milyon avro ödəyəcəklər?

01:58

Onun üçün "Barselona"dan 80 milyon istədilər

01:14

Elvin Cəfərquliyev susqunluğunu elə bir mesajla pozdu ki...

00:38

Valdas Dambrauskas "Sabah"dan ayrılır?

07 İyun 2026
23:54

"Qarabağ"ın braziliyalı müdafiəçisindən gözlənilməz Avropa Liqası bəyanatı

22:36

Azərbaycanın 3x3 basketbol millisi Dünya Kubokunun yarımfinalında məğlub olub

22:02

Azərbaycanın kişilərdən ibarət voleybol yığması İsveçə uduzub

21:58

Sosial mediada San-Marino - Azərbaycan matçını "ələ saldılar"

21:29

"Real Madrid"dən Arda Güler paylaşımı

20:53

Joze Mourinyudan "Real Madrid" rəhbərliyinə Bernardo Silva tələbi

20:26

"Liverpul" müdafiəsini Maksim Esteve ilə gücləndirir

19:51

"Nyukasl" Entoni Qordonun əvəzləyicisini İspaniyada tapdı

19:23

Fermin Lopez "Barselona" üçün toxunulmazdır

18:43

"Real Madrid" portuqaliyalı yarımmüdafiəçini hədəf seçib

18:18

"Arsenal" PSJ-nin gənc müdafiəçisi üçün hərəkətə keçdi

17:44

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

17:20

"Mançester Siti" vingerinin maaşını artırıb qalmağa razı saldı - Son durum

16:51

Fransalı ulduz klubsuz qaldı

16:17

"Ayaks" "Real"ın oyunçusunu aparır - Bu qiymətə

15:45

"Braziliyada onu əvəz edəcək futbolçular var"

15:18

A Seriyasında yeni baş məşqçi təyinatı reallaşır

14:23

"Zirə" Tyaqo Silva ilə vidalaşdı

14:00

Xorvatiya Sloveniyaya qarşı, İtaliya Yunanıstan səfərində - Oyunlar

13:30

Türkiyədən əzmkar qələbə - VİDEO

12:49

Avropa Liqası: Voleybol millimiz Estoniyaya qarşı

12:20

Avropa çempionları bu gün Bakı turuna çıxır

11:50

Dünya Kuboku: Azərbaycan millisi yarımfinal oyununa çıxır

11:13

Günün oyunları bu kanallarda - AFİŞA

10:41

Argentina ciddi itki ilə üzləşdi

09:37

İstanbul nəhəngi yeni baş məşqçisinin adını açıqladı

09:00

Almaniya mundialın təşkilatçılarına qalib gəldi

02:22

"Real Madrid"in ulduzu İtaliya nəhənginə keçir?

01:37

"Barselona" onun üçün 80 milyon ödəyəcək?

00:48

Holand "Real Madrid"ə keçir, ya yox?

06 İyun 2026
23:22

Avropa Açıq Turniri: Azərbaycan cüdoçuları ilk yarış günündə iki medal qazanıblar

22:41

Azərbaycanın 17 yaşadək futbolçulardan ibarət millisi Qazaxıstana uduzub

22:09

Azərbaycanın 3x3 basketbol millisi Dünya Kubokunda yarımfinala yüksəlib

21:43

"Mançester Yunayted" hücum xəttini "Brentford"un ulduzu ilə gücləndirmək istəyir

21:07

Viktor Osimhen "Barselona"ya keçir?

20:37

"Arsenal" türkiyəli ulduz üçün 50 milyon avro ödəyəcək?

Facebookdan bizi izləməyi unutmayın.
X