Dopinqdən istifadə etdiyi üçün 4 il cəza alan amerikalı atlet Şelbi Hulihan ittihamları qəbul etmir.
Fanat.Az xəbər verir ki, 1500 və 5000 metr məsafəyə qaçış yarışlarında ABŞ rekordunun müəllifi yediyi donuz ətinin dopinq testə təsir edə biləcəyini deyib.
"Yıxılmış, özünü itirmiş, qırılmış və xəyanətə uğramış kimi hiss edirəm. Çox açıq söyləyirəm ki, əsla performans artırıcı maddə qəbul etməmişəm. Testdən bir gün əvvəl ənənəvi Meksika üsulu bir növ dürüm olan donz əti burittosu yemişəm. Bu testin nəticəsinə təsir edə bilər" deyə xanım idmançı bildirib.
Qanında steroid nandrolan maddəsi aşkarlanan 28 yaşlı atlet fikrini belə əsaslandırıb: "Donuz əti yeməyin testin pozitiv çıxmasına səbəb ola biləcəyini öyrəndim. Çünki donuz ətində təbii olaraq çox miqdarda nandrolan maddəsi var. Donuz əti ən yüksək səviyyədə nandrolana sahibdir".
İdmançı günahsız olduğunu sübut etmək üçün əlindən gələn hər şeyi etdiyini, yalan dedektorundan keçdiyini və saç nümunəsinin dünyanın ən yaxşı toksikologiya mütəxəssisləri tərəfindən yoxlanıldığını bildirib.
Aydın