12:40 11.05.2021 415

"13 ay məşqsiz qalmaq çox çətindir" - Millimizin kapitanı

Avropa Çempionatının təsnifat mərhələsində mübarizə aparan kişi voleybolçulardan ibarət Azərbaycan milli komandası yer aldığı F qrupunda artıq üç görüş keçirib. Gürcüstanın paytaxtı Tbilisidə keçirilən I dövrənin görüşlərində yığmamız Monteneqro (1:3), Gürcüstan (3:0) və Yunanıstan (3:0) seçmə komandaları ilə üz-üzə gəlib. 

Bir neçə gün sonra isə millimiz II dövrənin oyunları çərçivəsində bu rəqiblərlə yenidən münasibətlərinə aydınlıq gətirəcək. 

Məlum məsələdir ki, koronavirus pandemiyası səbəbindən idmançılarımız uzun müddət yarışlardan uzaq qalıblar. Məşqlərdən kənar qalmaq onlara fiziki cəhətdən təsir etdiyi üçün bunun nəticəsi oyunlarda da özünü büruzə verir. Bunu millimizin üzvləri Fanat.az-a danışarkən bildiriblər. 

 


Yığmamızın voleybolçusu Elmin Alışanov geridə qalan 3 oyunu belə dəyərləndirib:
 
"Pandemiya səbəbilə 13 aydır idman zalları bağlıdır və bu müddətdə məşqsiz qalmışıq. Təsnifat mərhələsinin oyunlarına hazırlaşmaq üçün çox az vaxtımız oldu. 20 günlük təlim-məşq toplanışından sonra Gürcüstana yollandıq. Bundan əlavə, komandanın tərkibində dəyişiklik olub, heyət cavanlaşdırılıb. İlk oyunumuz Monteneqroya qarşı oldu və 1:3 hesabı ilə məğlub olduq. Bunları nəzərə alsaq, əslində çox yaxşı oyun göstərdik. Bütün setlər gərgin mübarizə ilə keçdi. Növbəti görüşdə meydan sahibi Gürcüstana 3:0 hesabı ilə qalib gəldik. I dövrənin son oyununda isə yunanlara 0:3 hesabı ilə məğlub olduq. Bu matçda da bacardığımız qədər yaxşı oynamağa çalışdıq. Ancaq məlum məsələdir ki, rəqib komandaların oyunçuları bizdən fərqli olaraq pandemiya dövründə həm məşq ediblər, həm də yerli çempionatda oynayıblar. Hazırda komandamızda atmosfer çox yaxşıdır. Məşqlərimiz də qaydasındadır. Yeni baş məşqçimiz Pərviz Səmədov da təsnifat mərhələsinə hazırlıq üçün qısa müddət ərzində əlindən gələni edir". 
 


Azərbaycan millisinin kapitanı Tural Həsənli Fanat.az-a açıqlamasında karantin səbəbindən 1 ildən artıq vaxt məşqsiz qalmağın onlara necə təsir etdiyini belə izah edib:

"Bütün dünyada olduğu kimi, pandemiya bizdə də çətinliklər yaratdı. 13 ay məşqsiz qalmaq çox çətindir. Yarışa 2 həftəlik təlim-məşq toplanışından sonra gəlmişik. 13 aylıq aradan sonra 2 həftəlik məşq prosesi ilə peşəkar idmançılar sadəcə sahib olduqları bədəni formada saxlamağa çalışırlar. Hazırda bütün heyətin üzvlərində bədən ağrıları var. Çünki 13 ay ərzində məşq etmək şansımız olmayıb. Əvvəlki formaya qayıtmaq üçün 3-4 aylıq məşq lazımdır. Əvvəlki gücümüzü bərpa etmək üçün isə xeyli müddət gərəkdir. Nəzərə almaq lazımdır ki, peşəkar idmançılar üçün bədəni bərpa etmək çətindir. İndiki şərtlərdə yalnız sahib olduğumuz standart formanı saxlamağa və bu ağrılarla nəsə etməyə çalışırıq. İnşallah, hər şey yaxşı olar. Qarşıda II dövrənin oyunları var. Oyunlar Monteneqroda olacaq. Komandamızdan çox şey gözləyirik. I dövrədən daha yaxşı nəticə əldə etmək istəyirik. Monteneqro və Yunanıstanda çempionat dayanmamışdı və oyunçuların çoxu xarici ölkələrdə oynayırdı, bizdə isə qapanmalar oldu, məşq etmək belə alınmadı. Ona görə bizim üçün daha çətindir. Amma ümumilikdə komandada atmosfer çox gözəldir. Məqsədimiz qələbə, seçmə mərhələdə uğurla çıxış etməkdir. İnşallah, bunun üçün də çalışacağıq".

Qeyd edək ki, Avropa Çempionatının təsnifat mərhələsində II dövrənin oyunları çərçivəsində F qrupunda yer alan millimiz 14 mayda Monteneqro, 15 mayda Yunanıstan, 16 mayda isə Gürcüstan yığması ilə qarşılaşacaq. 

Röya Kərimli
Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

21 İyun 2021
22:59

AÇ-2020: Danimarka Rusiyaya, Finlandiya Belçikaya qarşı - YENİLƏNİR

22:53

De Byazi "Neftçi"nin "Dinamo"nu keçəcəyinə ümid edir

22:32

Ukrayna - Avstriya matçının ən yaxşısı açıqlandı

21:41

"Neftçi" "Olimpiya" ilə heç-heçə etdi

20:32

"Grand Chess Tour": Rəcəbovdan 3 qələbə, 4 yenilgi, 2 heç-heçə

19:31

Azərbaycanlı futbolçu "Arsenal"da - RƏSMİ

19:07

Ruslan Musayev rəqibini nokauta salıb çempion oldu

18:18

"Mançester Siti"dən 116 milyon avroluq transfer - Rəsmi təklif

18:08

"Qarabağ"ın qapıçısı: "Konfrans Liqası yeni çağırışdı"

17:46

Şahruddin Məhəmmədəliyev: "Qarabağ" mənim ailəmdir"

17:43

Milli üzvləri otelə fahişələr gətirib əyləndilər

17:25

"Neftçi" yeni mövsümün formalarını təqdim etdi - VİDEO

17:11

Donnarumma tibbi yoxlanışdan keçdi

16:50

"Qarabağ"da yeni müqavilə - FOTO

16:09

"Barselona" prezidentindən Superliqa açıqlaması: "Üzr istəməyəcəyik"

15:46

Serxio Ramosun yerinə kim gəlir?

15:03

AVRO-2020: Fransa millisi Dembeleni itirdi

14:42

Elxan Məmmədov UEFA-nın baş katibi ilə görüşdü

14:29

Azərbaycan millisi Fransaya qalib gəldi

14:19

Türkiyə millisi Bakını tərk etdi

14:03

Erikseni Çalhanoğlu əvəz edə bilər

13:38

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

13:24

"Keşlə"nin transferləri Bakıya gəlir, braziliyalı oyunçunun keçidi alınmadı

12:44

"Barselona" yarımmüdafiəçisini "Marsel"ə satır - SON DURUM

12:37

AVRO-2020: II turun ən gözəl xanım azarkeşləri - FOTOLAR

12:31

Donarumma bu gün tibbi mayinədən keçəcək

12:16

Türkiyədə futbolçularımızın "yabancı" statusu ləğv olunarsa... - Nail Kərimov şərh edir

12:03

Millimizin baş məşqçisi "Neftçi"nin yoxlama oyununu izləyəcək

11:33

FIFA prezidenti Tovuzdakı akademiyadan danışdı

11:05

ŞOK İDDİA: Türkiyəli futbolçular və Şenol Güneş arasında gərgin mübahisə

10:54

Çalhanoğlu: "Bu turnir bizə məyusluq gətirdi"

10:41

Tokio Olimpiadası tamaşaçısız keçirilə bilər

10:25

Şenol Güneş istefa ilə bağlı suala ikibaşlı cavab verdi

10:12

Mourinyu Serxio Ramosa zəng etdi

09:52

"Neftçi"nin prezidenti: "Qalatasaray"ın ayağı bizə düşərli oldu"

09:48

Rövnəq Abdullayev FIFA prezidenti ilə görüşdü

08:30

AVRO-2020: Günün oyunlarına hansı telekanallarda baxaq?

02:00

AVRO-2020: Bütün nəticələr - YENİLƏNİR

00:41

İtaliya millisi Avropa çempionatlarında ilkə imza atdı

00:03

Türkiyə millisindən antirekordlar

20 İyun 2021
23:28

Şenol Güneş: "Bəzən uğursuzluq daha çox təcrübə qazandırır"

22:36

İsveçrə - Türkiyə matçının ən yaxşı futbolçusu açıqlandı

22:30

Araz Abdullayev Kipr klubuna transfer olundu

22:02

İtaliya - Uels matçının ən yaxşısı bilindi

21:52

AVRO-2020: Türkiyə qrup sonuncusu oldu

21:19

Millimiz tarixində ilk dəfə Avropa çempionudur!

19:55

“Neftçi” Sloveniyada macarlarla qarşılaşacaq

19:43

“Qalatasaray”ın yeni prezidenti baş məşqçinin adını açıqladı - FOTO

19:08

AVRO-2020: İsveçrə - Türkiyə matçının start heyətləri

18:32

İdman həqiqətən insanı cavanlaşdırırmı?

17:19

Canni İnfantino Bakıya gəlir

15:50

Yol polisi Türkiyə -İsveçrə oyunu ilə əlaqədar vətəndaşlara müraciət etdi

15:29

"Ayaks" hücumçusunu 10 milyona satdı - RƏSMİ

15:25

Daha bir idmançımız Paralimpiya Oyunlarına lisenziya qazandı

15:10

"Qalatasaray"da 5-ci Fatih Terim dönəmi başlayır - Tarix açıqlandı

14:26

Hazar Sankt-Peterburqa niyə aparılmadı?

14:11

"Rusiya müdafiədən oynasa da, qol epizodları yaradacağıq"

13:56

Yannik Vesterqor: "Rusiyanı məğlub edəcəyik"

13:54

"Neymara ona görə azarkeşlik edirəm ki..." - Pele

12:33

Azərbaycan azarkeşləri himnin oxunmasına görə rekord siyahısında ilk onluğa düşdü - FOTO

11:50

Portuqaliyada çempion oldu, "Neftçi"yə keçdi - RƏSMİ

11:29

Əlil Arabasında Qılıncoynatma Federasiyası qazilərlə görüşləri davam etdirir

11:20

Qadın futbolçularla bağlı şok etiraflar - Rus qapıçı danışır

10:32

İdmançını vəhşicəsinə döydülər - Şok görüntülər

10:09

"Sumqayıt"la matçda özümüzü favorit saymıram"

08:30

AVRO-2020: Günün oyunlarına hansı telekanllarda baxaq?

01:13

AVRO-2020: Kozlovski rekord müəyyənləşdirdi

00:54

AVRO-2020: Fransa büdrədi, Portuqaliya uduzdu, Polşa İspaniyadan xal aldı

00:37

Avropanın ən məhsuldar milli komandası

00:13

Ronaldu rekordunu yenilədi, Klozeyə şərik oldu

Facebookdan bizi izləməyi unutmayın.