
"Sabah"ın yeni transferi Anatoli Nuriyev klubun rəsmi saytına açıqlama verib.
Fanat.Az xəbər verir ki, Azərbaycan millisinin üzvü paytaxt təmsilçisinin heyətində məşqlərə başlamaq, yeni komanda yoldaşları və məşqçiləri ilə tanış olmaq üçün səbirsizləndiyini bildirib:
“Sabah”a keçdiyimə görə çox şadam. Burda mənə tanış simalar var. İnanıram ki, yeni komandama tez uyğunlaşacağam. “Sabah”da məşqlərə başlamaq, yeni komanda yoldaşlarım və məşqçilərimlə tanış olmaq üçün səbirsizlənirəm. Ümid edirəm növbəti mövsüm bizim üçün uğurlu olacaq və qarşımıza qoyulan hədəfə çatacağıq.