20:56 28.02.2020 462

Elxan Məmmədov veteranlar üçün pulu klublardan istəyəcək - MÜSAHİBƏ

Futbol Veteranları İttifaqının (FVİ) sədri Oqtay Abdullayev "Report"a müsahibə verib.

 

Fanat.Az həmin müsahibəni təqdim edir:


- Bu gün FVİ-nin təşəbbüsü ilə veteranların görüşü keçirilb. Əvvəlcə yığıncaq barədə fikirlərinizi bilmək maraqlı olardı…
- Təşəbbüs bizdən – Veteranlar İttifaqından gəldi. Görüş ölkə futboluna dəstək üçün təşkil olunmuşdu.

- Bu görüşdən sonra veteranlar arasında buzların əridiyini söyləmək olarmı?
- Nə buz var idi ki, ərisin?

- Nazim Süleymanovun sədri olduğu Həmkarlar İttifaqı ilə sizin başçılıq etdiyiniz qurum arasındakı narazılığı nəzərdə tuturuq...
- Orada Həmkarlar İttifaqının məsələsinə baxılmırdı. Görüşdə müzakirə olunan əsas məsələlər veteranların futbol sahəsində işləməsi, onlara pul yardımının verilməsi idi. Yenə deyirəm, mənim Nazim müəllimlə heç vaxt ədavətim olmayıb. Veteran futbolçudur, dahi oyunçulardan biri olub. FVİ sədri olaraq, ora bütün veteranları dəvət etmişdim. Burada hər hansı ayrı-seçkilik ola bilməz. Məqsədim veteranları bir araya gətirmək idi. Ola bilər ki, kimsə kimdənsə incisin. Bunların hamısını aradan götürüb, birlikdə Azərbaycan futboluna dəstək olmalıyıq.

- Dediyiniz inciklik aradan götürüldü?
- Niyə götürülməsin ki?! Mən Nazim Süleymanovla görüşdüm. O, özü də hamı ilə salamlaşdı. Tədbirdən sonra yenə öpüşüb-görüşdük. Aramızda heç bir problem yoxdur. Sadəcə, şişirdirlər.

- Fotolardan görünür ki, bir çox veteranın geyimində nişan olsa da, Nazim Süleymanov və Həmkarlar İttifaqının üzvlərində həmin nişandan yox idi. Bu, nə ilə bağlı idi?
- Tək onda deyil, çoxunda yox idi. Onların adlarını yazmağı çatdırmadıqları üçün belə alındı.

- Nazim Süleymanov tədbirdə çıxış edib. O, nədən danışdı?

- Bəli, çıxış etdi, veteran futbolçu kimi öz fikirlərini bildirdi. Heç bir problem yaranmadı. Bilirsiniz, bizdə belədir: Veteranlar yığışmayanda deyirlər ki, yatıblar. Yığışanda isə deyirlər ki, niyə yığışıblar. FVİ ilk gündən işləyir. Bir veteran deyə bilməz ki, Oqtay Abdullayev ona imkanı daxilində kömək etməyib. Bütün veteranlara hər bir işdə kömək edirəm. Amma hamıya kömək etmək də olmur. Veteranlar bir deyil, iki deyil. Təkcə bugünkü tədbirə 200-dək veteran yığışmışdı.


- Bildirdiniz ki, görüşdə müəyyən müzakirələr oldu. Daha çox hansı məsələnin üzərində dayandınız?

- Veteranların statusunu təyin etmək, onları işlə təmin etmək, federasiya ilə əl-ələ işləmək, veteran futbolçuları regionlardakı oyunlara cəlb etmək, onların bilik və bacarıqlarından yararlanmaq kimi məsələləri müzakirə etdik.

- Az öncə qeyd etdiniz ki, görüşdə veteranlara maddi yardım göstərmək təklifi də irəli sürüldü...
- Dünyada heç bir federasiya veteran futbolçuya pul ayırmır. Sağ olsunlar, bizə bu şəraiti yaradırlar. Bir çox ölkədə veteranlara pulu klublar verir. Bizdə isə bu işi yalnız "Neftçi” görür. Biz istəyirik ki, bütün klublar versin. Elxan Məmmədov dedi ki, mən klub rəhbərləri ilə danışaram, çalışarıq, veteranlara pul köçürsünlər. Bunu müzakirə edəcəklər. Alınsa, yaxşı olar. Çünki veteranların da xeyir-şər işləri, ad günləri var.


- Həmin pulun veteranlara aylıq məvacib kimi verilməsi nəzərdə tutulur?
- Hələ bunun detallarını dəqiqləşdirməmişik. Birdəfəlik yardım kimi olmasını istəyirik. Klublardan bunu xahiş edəcəyik.

- Görüşdə veteranlara təqaüd verilməsi məsələsi də müzakirə olundu?
- Yox, belə bir müzakirəmiz olmadı. Təqaüdün hansı veterana verilib-verilməməsini müəyyənləşdirməkdən öncə onun statusuna aydınlıq gətirilməlidir. Elə veteran var ki, yığmada 50 oyun keçirib, eləsi də var ki, çox az oynayıb.

- Veteranlar görüşdən hansı təəssüratla ayrıldı?

- Hamısı razı qaldı. Bu gün müzakirə etdiyimiz məsələlər masa üzərində qalmayacaq. Gələn həftə AFFA rəhbərliyi ilə yenidən görüşəcəyəm. Onlar da klublarla danışacaqlar. Veteranlar kənarda qalmamalı, onların əziyyəti itməməlidir. Futbolda öz olanlar diqqətdən yayınmamalıdır. Elə futbolçu var ki, beznesə qoşulub. Biz ona nə kömək edək?

Oxşar xəbərlər

Xəbər lenti

03 İyun 2020
00:27

UEFA Corc Floydun ölümünə reaksiya verdi

02 İyun 2020
23:37

Makqreqor ölü həşəratları necə yediyini göstərdi - VİDEO

22:15

Anar Cəfərsoy sağaldı

19:55

Bundesliqada vurulan ən yaxşı əks-hücum qolları - VİDEO

19:20

UFC 250-nin tam döyüş kartı açıqlandı

18:45

"Liverpul" hələ çempion deyil" - Klopp

18:27

Millimizin baş məşqçisi FIG prezidentinin layihəsinə dəvət aldı

18:10

"Şalke" "Barselona"nın oyunçusundan imtina etdi

17:38

"Mançester Yunayted" Sterlinqi "Siti"nin əlindən almaq istəyir

17:11

Blatterdən İnfantinoya ağır ittihamlar: "O, futbolu böyük "pul maşını"na çevirmək istəyir"

16:43

"Qarabağ" bir həftə sonra oyuna çıxacaq - ÖZƏL

16:40

Balotelli karyerasını ABŞ-da davam etdirə bilər

16:23

Ayaz Quliyev Azərbaycan yığmasında oynamağa razılaşdımı? - SON DURUM

16:21

"Getmək istəyəni saxlamazlar" - Prezident Lautaronun "Barsa"ya transferindən danışdı

15:48

Qattuzoya ağır itki: Bacısı 37 yaşında dünyasını dəyişdi

15:38

Elxan Məmmədovun şifrəli nitqinə sözardı

15:17

"Zirə" 12 futbolçu ilə müqavilə imzaladı - RƏSMİ

15:06

Premyer Liqanın bərpa tarixi açıqlandı - RƏSMİ

14:53

Premyer Liqa klubu baş məşqçisi ilə müqavilə yenilədi

14:31

"Neftçi" Geryenin əvəzinə bu futbolçunu gətirir

13:43

"Neftçi"də daha bir müqavilə - RƏSMİ

13:41

Formula 1: Mövsümün ilk yarışlarının harada və nə vaxt keçiriləcəyi müəyyənləşdi

13:22

"Real" bu mövsüm "Santyaqo Bernabeu"ya həsrət qalacaq

13:08

Ceydon Sanço Corc Floyda dəstək olduğu üçün cəzalandırılıb? - AÇIQLAMA

12:42

"Hisslərimiz bitmişdi, ayrıldıq" - FOTOLAR

12:38

Emil Balayev Azərbaycandan gedir - ÖZƏL

12:37

"Barselona"nın 5 futbolçusu koronavirusa yoluxubmuş

12:21

Bizi gözləyən aqibət: Leş bir yana, baş bir yana

11:46

Emin Mahmudov: "Arxayınlaşmağa haqqımız yoxdu"

11:45

"İnter" Lautaronun əvəzedicisini tapıb - "Arsenal"da

11:20

Azərbaycan Premyer Liqasında klub sayı artırılmayacaq - AÇIQLAMA

11:15

"Barselona" Lautaro Martineslə anlaşdı

10:30

Xanımı ilə zombi kimi davranır - Ulduz futbolçu depressiyaya düşüb

10:19

İtaliya A Seriyası qayıdır: Təqvim açıqlandı

10:05

Azərbaycanlı futbolçunun komandası aşağı dəstəyə düşdü

09:30

Meyvezerdən örnək addım: Corc Floydun dəfn xərclərini ödəyəcək

09:26

"Neftçi" "Flamenqo"nun sabiq futbolçusunu transfer edir

09:00

"Layptsiq" 3 xalı 4 qolla qazandı - VİDEO

08:20

Ukraynanın ən cazibədar futbolçusu - FOTOLAR

00:56

"Geryenin əvəzinə daha güclüsü, daha sərfəlisi gələcək"

00:16

Bundesliqa: 6 qol vuruldu, "Layptsiq" qazandı

01 İyun 2020
23:30

AFFA millinin baş məşqçi postuna namizədlərlə danışıqları bərpa etdi

22:00

"Qəbələ" çempion oldu, avrokuboka vəsiqə qazandı

20:50

Emin Mahmudov: "Karyeramın sonuna qədər "Neftçi"də qalmaq istərdim"

20:25

Koutinyunun növbəti klubu "Çelsi" ola bilər

20:04

"Qarabağ" belə başladı - FOTOLAR

19:10

"Barselona"dan ayrılmağa hazırdı - "Siti"də oynamaq istəyir

18:15

Bundesliqada tura yekun vurulur: "Layptsiq" "Köln" səfərində

17:36

Poqba PSJ-yə keçə bilər

17:10

Messi, yoxsa Ronaldu? - Lovren seçimini etdi

16:36

"Arsenal" ulduz futbolçuya illik 12 milyon avro maaş təklif edib

16:00

Sanço Messi və Ronaldunun göstəricisini təkrarladı

15:28

Tanrının əlləri

15:17

Azərbaycan Premyer Liqasının oyunları saat 19:00-dan tez başlamayacaq

15:09

İqalonun "Mançester Yunayted"dəki taleyinə aydınlıq gəldi - RƏSMİ

14:55

İtaliya klubu loqosunu dəyişdi - FOTO

14:40

"Neftçi"dən Donald Gerye açıqlaması

14:05

İtaliya A Seriyasında hər gün oyun keçiriləcək

13:18

Azərbaycan Premyer Liqası və kubokun təqvimi açıqlandı

13:14

"O, çox sayda insanın həyatını riskə atıb" - "Valensiya" "Atalanta"nın məşqçisi haqda bəyanat yaydı

12:29

MY 20 yaşlı futbolçuya görə 55 milyon avro ödəməyə hazırdı

12:17

Jozef-Monroz Türkiyə klubuna keçir? - AÇIQLAMA

12:15

“Vulverhempton” Renat Dadaşovla bağlı qərarını verdi

11:29

"Neftçi" daha bir legioneri ilə bu gün rəsmən vidalaşacaq - ÖZƏL

11:20

Makqreqor Həbiblə revanş döyüşünə çıxacaq? - AÇIQLAMA

10:44

Bakı klubu cənubi amerikalını göndərir - ÖZƏL

10:40

Fenomen Ronaldo bəyəndiyi futbolçuları açıqladı - Siyahıda Kriştianu yoxdu

10:16

"Borussiya" futbolçularından Corc Floyda dəstək: "İrqçiliyə birlikdə qalib gələcəyik"

09:59

Azərbaycan çempionu İtaliya klubuna keçir

09:50

"Neftçi" legioner ilə yolları ayırdı

Facebookdan bizi izləməyi unutmayın.