
UEFA Çempionlar Liqasında 2-ci təsnifat mərhələsinin cavab oyunları başa çatıb.
Fanat.Az xəbər verir ki, bununla da 3-cü təsnifat mərhələsinə vəsiqə qazanan bütün komandaların adları bəlli olub.
Azərbaycan təmsilçisi “Sabah”ın 3-cü təsnifat mərhələsindəki rəqibi də məhz bu gecə müəyyənləşib. Danimarkanın “Orxus” klubu Polşada “Lex”i mübarizədən kənarlaşdırmaqla Azərbaycan çempionuna rəqib olub.
Türkiyə təmsilçisi “Fənərbağça” səfərdə Polşanın “Qurnik” klubu ilə 1:1 hesablı heç-heçə edərək ilk oyundakı üstünlüyü sayəsində növbəti mərhələyə adlayıb.
Qeydə alınan nəticələri təqdim edirik:
UEFA Çempionlar Liqası
2-ci təsnifat mərhələsi, cavab oyunları
“Kayrat” (Qazaxıstan) – “Omoniya” (Kipr) 1:0 (penaltilərlə 6:5) (ilk oyun 0:1)
“Kauno Jalgiris” (Litva) – “Klaksvik” (Farer adaları) 1:0 (ilk oyun 0:0)
“Lex” (Polşa) – “Orhus” (Danimarka)1:4 (penaltilərlə 3:4) (ilk oyun 4:1)
“Hapoel Beer-Şeva” (İsrail) – “Vikinqur” (İslandiya) 2:0 (ilk oyun 1:2)
“Universitatya Krayova” (Rumıniya) – “Levski Sofiya” (Bolqarıstan) 2:2 (ilk oyun 0:1)
“Srvena Zvezda” (Serbiya) – “Larn” (Şimali İrlandiya) 5:0 (ilk oyun 4:0)
“Qurnik” (Polşa) – “Fənərbağça”(Türkiyə) 1:1 (ilk oyun 0:1)
“Slovan” (Slovakiya) – “İberiya” (Gürcüstan) 1:1 (ilk oyun 2:0)