
DÇ-2026-nın qrup mərhələsinin 3-cü turunun ilk oyunlarından sonra ilk pley-off cütü müəyyənləşib.
Fanat.Az xəbər verir ki, 1/16 final mərhələsində son turda Cənubi Koreyaya qalib gələn (1:0) Cənubi Afrika Respublikası A qrupunun ikincisi kimi növbəti mərhələyə yüksəlib.
Afrikalılar 1/16 finalda yarışın təşkilatçılarından birinə rəqib olub. Söhbət B qrupunun ikincisi olan Kanada yığmasından gedir.
Qarşılaşma iyunun 28-də keçiriləcək və Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
Artıq 12 komanda pley-off mərhələsinə vəsiqəni rəsmiləşdirib. Meksika, Cənubi Afrika Respublikası, İsveçrə, Kanada, Mərakeş, Braziliya, ABŞ, Almaniya, Argentina, Fransa, Norveç və Kolumbiya yığmaları qruplarında ilk iki yeri tutaraq 1/16 finala yüksəliblər.