13:55 16.01.2021 410

Niderlandlı jurnalistdən UEFA-ya həqiqət dərsi

"Qarabağ”ın mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimova UEFA tərəfindən verilən ağır və haqsız cəzanın azaldılması ilə bağlı işlər davam etdirilir.

Qitə futbol qurumu məsələ ilə bağlı apellyasiya şikayətini rədd etsə də, hüquqi həll imkanları qalır.

Hələ İdman Arbitraj Məhkəməsi (CAS) də şikayətə baxmalıdır.  Dəfələrlə son mərhələdə CAS-ın ədalətli qərar vediyinin, müdafiə olunan tərəfin haqqını qoruduğunun şahidi olmuşuq. Elə Nurlan İbrahimovun vəkili Fərid Haqverdiyev də bir neçə gün əvvəl açıqlamasında məsələnin ədalətli həll yollarının tükənmədiyini bildirmişdi.

Nurlan İbrahimovun məsələsi ilə bağlı son durum hələlik qeyd etdiklərimdir.

Diqqət çəkən bir məqam isə vəkil Fərid Haqverdiyevin Feysbukdakı  paylaşımıdır. Hansı ki, niderlandlı jurnalist Artur Huzinqa Nurlan İbrahimov haqda fikirlərini bildirib. Deməli, avropalı bir jurnalist  Nurlan İbrahimovla bağlı elə sözlər işlədib ki... Yaxşısı budur ki, özünüz tanış olun:

Sitat: Bir statusa görə, futbol aləmindən kənarlaşdırılmağı haqq edirmi? Əlbəttə ki yox...

"Qarabağ” çox kiçik büdcəyə malik hər anlamda qaçqın klub idi... Hazırda gördüyünüz əzəmətdən heç bir əsər-əlamət tapa bilməzdin. Amma klubun hər zaman bir məqsədi var idi. Bir klubun arzusu yəqin ki, medallar ola bilər. Amma "Qarabağ”ın əsas məqsədi Qarabağ həqiqətlərini dünyaya çatdırmaq və məlum konfliktin həll olunmasına hər hansı bir formada dəstək olmaq seçilmişdi.

"Qarabağ”da ilk tanıdığım adamlardan biri, bəlkə də birincisi Nurlan olub. İbrahimov "Qarabağ” klubu ilə yanaşı, Qarabağ həqiqətlərinin  dünyaya, əcnəbilərə çatdırılmasına  bir diplomat kimi, səbirlə, təmkinlə hər zaman çıxış edib və ön planda olub. Bunu Azərbaycana etdiyim çoxsaylı səfərlərdə görmüşəm. Nurlanı tanıdığım 10 il ərzində heç bir zaman bu həqiqətlərin parlamasına çalışmaqdan yorulmadı, əksinə zövq aldı. Futbol ailəsinə daxil olan hərkəsə - UEFA nümayəndələrinə, hakim-inspektorlara, Azərbaycana gələn əcnəbi jurnalistlərə dayanmadan Qarabağ həqiqətlərindən danışırdı, "Qarabağ” klubunun əsas qayəsinin, amalının əsas təmsilçisi olurdu. Klubun ən kasıb vaxtında belə "Qarabağ”ın, viran qalmış Ağdam təmsilçisinin Çempionlar Liqasının qrup mərhələsində oynayacağına bütün varlığı ilə inanırdı. Bəlkə, Nurlan Qarabağda doğulmayıb, amma həyatının əsas hissəsini Qarabağ həqiqətlərini dünyaya çatdırdığı üçün əsl qarabağlıdır. Bunu ürəyimin bütün dərinliklərindən gələn bir səslə deyirəm. Klubun az büdcə ilə, balaca və darısqal otaqlarda çalışıb bu gün xəyal etdiyi bir vaxtlardan Nurlanın böyük ürəyi Qarabağ həqiqətlərinin təbliğatı üçün atırdı.  Özünü bir ideologiyaya həsr edən və onun üçün mübarizə aparan insanlar ən çətin vəziyyətlərdə belə yollarından dönmürlər. Nurlan kimi... O, ən çətin məqamlarda belə əsl  ideologiyasını unutmadı - yəni Qarabağ həqiqətlərinin dünyaya çatdırılmasını”.

Başqa bir millətin nümayəndəsinin bu cür səmimi, ürəkdən gələn və həssaslıqla fikirlər səsləndirməsinin təbii ki, bir səbəbi var – Nurlan İbrahimovun işində dürüst, insansevər, vətənpərvər və digər müsbət keyfiyyətlərə sahib olması.

Peşəkar Futbol Liqasının mətbuat xidmətinin rəhbəri Aslan Şahgəldiyevin də dostluq, yoldaşlıq bir yana, ilk növbədə bir azərbaycanlı kimi, Huzinqanın fikirlərindən təsirləndiyi hiss olunur. Onun fikirlərini də diqqətinizə çatdırmaq yerinə düşər:

"Artur Nurlanı məndən yaxşı tanıyıb, əla yazıb. Mən Nurlanı 20 ilə yaxındır ki, tanıyıram, sən demə heç tanımamışam. Arturun yazdığını oxuyandan sonra daha yaxşı tanımağa başlayıram. Artura Qarabağ problemini, komandanın niyə Ağdamda oynamadığını Nurlan izah edib, Azərbaycana qarşı sevgi aşılayıb ona. Hər bir vətəndaş öz milləti haqqında fikir formalaşdırır, Nurlan da yaxşı insan olub ki, Artur bizi sevib. UEFA Nurlanın apellyasiya şikayəti verməsinin hələ ki, qarşısını alır. Dünyanın ən qatı cinayətkarına, terroristinə belə apellyasiya vermək hüququ verirlər. Hələ status yazıb, heç nə etməyib, gör eləsə nə olardı... "Qarabağ” ölkə futbolu üçün, elə ökənin özü üçün də böyük iş görüb. Necə deyərlər başından yuxarı tulanıb. Düşünürəm ki, Nurlanın da bu sıçrayışda  payı var. "Qarabağ” Nurlanla birgə daha da irəli gedəcək. Nurlan rəhbərliyin dəstəyi ilə məhkəmədə qalib gələcək, çox inanıram buna. Məşqçisi, futbolçusu, idarə heyəti, rəhbərliyi ilə "Qarabağ” böyük klubdur. Böyüklük sona qədər haqqın yanında olmaqdır. Ümidvaram ki, hər şey dünyanın ən yaxşı mətbuat xidmətinin qələbəsi ilə bitəcək və Nurlan Arturlara ölkəmizi bundan sonra da sevdirəcək”.

Həqiqətən də Nurlan "Qarabağ”ın bu uğurlarında görünməyən qəhrəmanlardan biri olub. Komanda oyunu ilə Qarabağın Azərbaycan olmasını dünyaya çatdırıbsa, İbrahimov da bu həqiqətləri öz işi ilə, kreativ ideyaları ilə bəyan edib. Klubla media arasında sağlam münasibətlərin qurulmasında və daima qorunmasında da onun əməyi danılmazdır. Buna görə də mətbuat nümayəndələrinin gözündə "Qarabağ”ı Nurlansız təsəvvür etmək çətindir.

"Qarabağ” da öz növbəsində həmişə Nurlana dəstək olub. Elə bu məsələdə də öz əməkdaşına sahib çıxdı. İnanırıq ki, klub sona qədər onun yanında olacaq, dəstəyini əsirgəməyəcək.

Elecə də bu məsələdə AFFA-nın köməyi, UEFA-ya təsiri də zəruri olardı. Hər halda, unutmayaq ki, Nurlan İbrahimov Vətən müharibəsindəki mövqeyinə görə sərt cəzaya məruz qalıb. Qərarı yumşaltmaq isə futbol qurumlarının mənəvi borcu olmalıdır. (Qol.az)
Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

02 Mart 2021
08:20

Gözəl biatlonçunun bu paylaşımı təqibçilərini məst etdi - FOTO

02:52

Mourinyu Keynə əvəzləyici tapdı

02:39

"Milan"ın qapıçısı hansı kluba keçəcək? - SON DURUM

01:57

İPL: "Everton" tək qolla qazandı

01:46

La Liqa: "Real" Madriddə büdrədi

00:11

Əfqan Həmzəyevə fəxri ad verildi

01 Mart 2021
23:39

Araz Abdullayev darmadağında iştirak etdi

22:32

Təbriz klublarından bərabərlik

20:58

Qərb derbisini "Turan Tovuz" qazandı

18:27

"Barselona" bəyanat yaydı: Klubun ofisində axtarış aparılıb

18:10

Azərbaycanlı döyüşçü iddialı danışdı: “Rəqibimin birinci raundda nəfəsini kəsəcəyəm” - FOTO

17:41

Ramin Musayev: "Zirə" çempionluq üçün tam hazırdır" - MÜSAHİBƏ

16:44

"Qarabağ" - "Qəbələ" matçının hakimləri müəyyənləşdi

16:38

Rusiya futbolunun tarixinə düşən 17 yaşlı erməni - Hamı ondan danışır

16:28

Millinin sabiq baş məşqçisi vəfat etdi

16:06

AFFA Nuriyevi Bakıya gətirdi

15:47

Premyer Liqa klubları cərimələndi

15:31

Polis “Barselona”nın ofisində: Bartomeu saxlanıldı - YENİLƏNİB

15:17

FİFA Kolli ilə bağlı qərarını açıqladı

14:43

“Qarabağ”la “Qəbələ”nin 60-cı dueli

13:57

Fransa klubu baş məşqçisi ilə vidalaşdı

13:19

Azərbaycanda yeni mərc oyunları operatoru fəaliyyətə başlayır

13:00

Braziliya A Seriyasının ən yaxşıları müəyyənləşdi

12:41

III Avropa Oyunlarının proqramına yeni idman növləri daxil edildi

12:16

Millimizin oyunu qapalı keçiriləcək

11:45

Gündüz Abbaszadə: "Ümid edirik ki, AFFA müraciətimizə müsbət cavab verəcək"

11:34

"Qarabağ" - "Qəbələ" matçında 4 futbolçu iştirak etməyəcək

11:21

Raulla müqavilə yeniləndi

10:58

Günün oyunları bu kanallarda - AFİŞA

10:37

“Milan” “Roma”nı belə yendi - VİDEO

10:22

Çin çempionu fəaliyyətini dayandırdı

10:06

Əli Rəhimzadə: "Bəzi səhvlərdən rəqibə xallar verdi"

09:31

Azərbaycanın iki şahmatçısı FİDE reytinqində irəliləyib

09:00

Braziliyalı gözəl təqibçilərini belə "əridir" - FOTOLAR

02:21

La Liqa: "Atletiko" səfərdə qazandı

01:38

A Seriyası: "Milan" paytaxtda qazandı, "İnter"dən darmadağın

01:31

İPL: "Tottenhem"dən darmadağın, mərkəzi qarşılaşmada qol olmadı

28 Fevral 2021
23:04

Almaniya Bundesliqası: "Bayer" öz meydanında yenildi

22:07

Türkiyə Superliqası: "Fənər" Trabzonda güldü

21:00

XV turun təyinatları açıqlandı

20:10

Millimiz "Qəbələ"yə uduzdu

19:03

Nuriyev Ukraynada dubl etdi, meydandan qovuldu

14:47

"Zirə"də şok itkilər: Onun üçün mövsüm erkən bitdi - SON DURUM

13:40

"David Vilyanın burnunu sındırmamışam" - Azərbaycanlı baş məşqçi

13:22

Elxan Məmmədov: "Bu çəkidə ikinci bir cüdoçu yoxdur ki, ona şans verək"

12:37

"Liverpul" Kloppa əvəzedici axtarır: Əfsanə geri dönür?

11:36

Futbol tarixinin ən yaxşı bombardiri dəyişdi

11:00

Məhəmməd Salah "Liverpul"dan gedir?

10:18

PSJ-nin transfer siyahısı - ŞOK ADLAR

09:26

ADBTİA-nın tələbəsi intihar etdi - AÇIQLAMA

08:22

Qadın idmançı buna görə komandadan qovuldu - FOTOLAR

07:31

"Barselona" "İnter"in müdafiəçisini alır

06:17

Quardiola Mourinyunun rekordunu qırdı

02:10

La Liqa: "Barselona" uddu, "Xetafe" darmadağın etdi

01:52

İPL: "Mançester Siti"dən çətin qələbə, "Lids" yenildi

01:38

A Seriyası: "Latsio" məğlub oldu, "Yuventus" büdrədi

00:27

Əli "qızıl", Turan və Türkan "bürünc" aldı

00:22

Komandasını "əzdilər", bəs Pavel hanı?

27 Fevral 2021
23:46

Almaniya Bundesliqası: "Bavariya", "Ştutqart" və "Borussiya"dan darmadağın

23:00

Türkiyə Superliqası: "Qalatasaray"dan inamlı qələbə

20:18

Nazarov oynasa da...

18:09

Azərbaycanı dünya çempionatında kimlər təmsil edəcək?

17:32

Məşhur futbol funksioneri koronavirusa yoluxdu

16:43

Azərbaycanda mərc oyunlarının idarəetməsi Türkiyə şirkətinə verildi - FOTOLAR

16:23

Millimizin kapitanı: "Çatışmayan cəhətlərimiz var"

15:40

Dünya çempionu xərçəngdən öldü

15:17

Ronaldunun onu ələ salan Şakiranı peşman etdiyi an - VİDEO

14:59

Rəmzi komanda açıqlandı: Messi, Ramos...

14:42

Qadın cüdoçularımızdan dördü göndərildi, biri isə soyadını dəyişir

14:18

Super Liqa klubunda yeni müqavilə

Facebookdan bizi izləməyi unutmayın.