14:21 06.03.2020 1551

“Şahmat federasiyası evi ehtiyacı olmayanlara verir”

Ölkəmiz şahmatıyla tanınsa da, bu idman növündə də ciddi çatışmazlıqlar, çoxşaxəli problemlər var. Gördüklərinə etiraz əlaməti olaraq çalışdığı şahmat məktəbindən ayrılan şahmat təlimçisi Cəmaləddin Bəhlulov Fanat.Az-a müsahibəsində üzücü reallıqlardan danışdı.


"Faiq Həsənovun 79 yaşı var, yerinə gənc kadr təyin olunmalıdı”

- Belə çıxır ki, federasiya heç bir iş görmür?
- Federasiya sadəcə, ölkə çempionatında 1-ci, 2-ci yerləri tutan şahmatçıları beynəlxalq yarışlara göndərmək, Naxçıvanda, Novxanıda və Şəmkirdəki turnirləri keçirtmək üçündü. Bir də federasiyanın gördüyü iş məktəblilərin yay olimpiadasını təşkil etməkdi. Qurum peşəkar şahmatda müəyyən işləri görür. Təbii, bu da yetərli deyil. Peşəkar şahmatçı ən azı ildə 8 turnirdə oynamalıdı. Federasiyanın xətti ilə peşəkar şahmatçı il ərzində uzağı 4 turnirdə iştirak edir. O da sənin şahmatda kim olduğundan asılı məsələdi. Yəni federasiya bu yarışlara da tanınmış idmançıları göndərir. Günayı, Raufu və başqalarını... Kimsə uşaq şahmatı üzrə ölkədə keçirilən turnirdə qalib gəlibsə, və istəyirsə ki, xaricdəki turnirlərdə iştirak etsin, federasiyaya ağız açmağına dəyməz. Federasiya belə şahmatçılar üçün yoxdu. 

Sizə adi bir faktı deyim. Azərbaycan Şahmat Federasiyasının saytına girib təşkil olunan turnirlərin təqvimini axtarın. Görün tapa biləcəksiz? Nəyə görə yoxdu, bilirsizmi? Bu işləri görən Vitali Safronov idi, o da rəhmətə getdi. Hazırda Safronovun yerinə kimsə təyin olunmayıb. Baxmayaraq ki, rəhmətə getdiyi iki aydı. Faiq Həsənovun 79 yaşı var, kifayət qədər yaşlanıb. Yaxşı olardı ki, onu federasiyada məsləhətçi işi ilə təmin edib, bilgilərindən yararlansınlar. Faiq Həsənovun yerinə gənc kadr təyin olunmalıdı. Çünki bu işlər enerji tələb edən işlərdi. Ölkədə gedən islahatlar federasiyadan da yan keçməməlidi. Prezidentin imzaladığı fərman var idi, Azərbaycanda şahmatın inkişaf etdirilməsinə dair. O fərman həyata necə keçirildi? Heç nə, şahmat məktəblərinin 50 faizi ixtisar edildi. Azərbaycan şahmat məktəbləri ləğv edilib idman məktəbləri ilə birləşdirildi. Mənim eşitdiyimə görə Azərbaycan komandası Avropa çempionu olanda, Faiq Həsənov şahmatçılara deyib ki, bu məsələləri prezidentlə görüşəndə qeyd edəcəm. Bildiyimə görə federasiyanın prezidenti Milli Bankın sədri Elman Rüstəmov deyib ki, yeri deyil, heç nə demə.

"Federasiya evi o adama verir ki, onun evə ehtiyacı yoxdu”

- Bəs şahmatdakı uğurlarımızın əsas səbəbi nədi? 
- Şahmatda uğurumuzun tək səbəbi, Azərbaycanda vaxtı ilə uşaq şahmat məktəblərinin olması idi. Artıq bu məktəblər yoxdu, idman məktəblərinə birləşdirilib. Məsələn, Azadəliyev Cahandar 8 yaşında Avropa çempionu oldu. Növbəti dəfə çempionatda iştirak edib yer tutanda atası Seyhun Azadəliyev öz feysbuk səhifəsində "Cahandarın bu yarışda iştirak etməsi üçün maddi baxımdan kömək edən filankəsə öz minnətdarlığımı bildirirəm” yazdı. Heç olmasa, Avropa çempionu, dünya çempionu olan uşaqlara sahib çıxsın federasiya.  Bu anlamda Azərbaycanda şahmat federasiyası yoxdu, deyirəm. Federasiya o vaxt olur ki, artıq şahmatçının maddi baxımdan ona ehtiyacı olmur. Mənim Azərbaycan əsilli Rusiya şahmat federasiyasının üzvü olan şagirdim Azərbaycan şahmat federasiyasına keçmək istəyəndə, federasiyadan bizə dedilər ki, 750 avro pul verməlisiz və bu məbləği biz yox, FİDE təyin edib. Sonra biz araşdırıb gördük ki, bu məbləğ 750 yox, 250 avrodu. Belə şey olar? Nə qədər zülm etdilər bizə. Şahmat federasiyası şahmatçıları bəzən evlə də təmin edir. Federasiya evi o adama verir ki, onun evə ehtiyacı yoxdu. Bu, sadəcə, müəyyən bir görüntü yaratmaq üçündü. Federasiyanın maliyyə imkanları da var, digər istənilən imkanları da var. Ancaq qurum operativ şəkildə işləmir. Dediyim kimi, federasiya həm var, həm də yoxdu.

Elçin Aslangil
Fanat.Az

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

19 May 2024
18:40

Kaxaber Tsxadadze "Araz-Naxçıvan" üzərində qələbəni şərh etdi

18:15

"Qəbələdə özümü rəqib kimi hiss etmədim" - Elmar Baxşıyev 

17:54

MPL: "Qəbələ" ardıcıl üçüncü qələbəsini qazandı

17:40

Azərbaycanın 3 cüdoçusu DÇ-nin ilk günündə uğursuzluqla üzləşdi

17:12

"Beş aydan sonra meydana çıxmaq məni həyəcanlandırdı"

16:54

"Həmişə nə vaxtsa İspaniyaya qayıdacağımı düşünmüşəm" - Mikel Arteta

16:22

Krivotsyuk sonadək oynadı, komandası...

16:05

"Qəbələ"nin kapitanına xüsusi mükafat verildi

15:29

Şəhid İlham Kazımovun xatirəsinə həsr edilən turnir başa çatdı

15:14

Mourinyu "Beşiktaş"a gəlir - Klub rəsmisi açıqladı

14:30

"Məhsuldarlığımı daha da artırmaq istərdim, amma..."

14:16

"Sabah" Türkiyədə 4-cü oldu

13:56

Qvardiola növbəti mövsümə harada başlayacağını dedi

13:18

Alleqrinin yerini o tutdu - RƏSMİ

12:55

Teves postunu tərk etdi

12:23

Voleybol məşqçiləri üçün seminar keçirildi

12:00

"Qələbəyə layiq idik" - Ozobiç "Neftçi"dən gedir?

11:27

Enrike 3 futbolçunun PSJ-də qalmasını istəmir - ADLAR

10:58

Azərbaycan seçməsi Ukraynaya qarşı

10:21

ABL: Final mərhələsinin ikinci oyununda kim sevinəcək?

10:00

"Yaratdığımız imkanlardan faydalana bilmədik" - Pedro Nuno

09:00

Günün oyunları bu kanallarda - AFİŞA 

18 May 2024
23:22

Renat oynadı, komandası "Beşiktaş"a uduzmadı

23:00

"Hər şey öz əlimizdədir" - Azər Salahlı

22:19

"Hakim məsələsini atın kənara, hər şey bəllidir"

21:44

"Tottenhem" müdafiəçisini Avropa nəhənginə satır

21:28

"Futbolçularım fantastik oynadılar" - Krunoslav Renduliç

20:31

"Neftçi"nin qələbəsinə kölgə salmaq istəmirəm, amma..."

20:12

"O qoldan sonra oyun açıldı" - Miodraq Bojoviç

19:45

Adil Şükürov "Zirə"yə məğlubiyyəti şərh etdi

19:25

"Bizdə 5-6 səviyyəli hakim var, amma bu, kifayət etmir" - Rəşad Sadıqov 

18:58

"Neftçi ilə "Zirə"dən qələbə, "Sumqayıt" "Sabah"la bacarmadı

18:26

Aleks de Souza Super Liqa klubunda

17:53

AFFA Yüksək Qızlar Liqasında 2023/2024 mövsümünə yekun vuruldu

17:30

AÇ-2024: Serbiya millisinin ilkin heyəti bilindi

16:57

Azərbaycan boksçuları Rusiyadakı turniri 5 medalla başa vurdular

16:13

"Bu mövsüm sərgilədiyim oyundan razıyam" - İPL-in ən yaxşı oyunçusu

15:47

Azərbaycan millisi Özbəkistanda 3-cü qələbəsini qazandı

15:31

İPL-in ən yaxşı futbolçusu müəyyənləşdi

15:11

Azərbaycan boksçuları Macarıstanda 2 medal qazandı

Facebookdan bizi izləməyi unutmayın.
X