
Transfer çalışmalarını davam etdirən "Kəpəz" daha bir futbolçu ilə müqavilə bağlayıb.
Fanat.Az klubun "Facebook" səhifəsinə istinadən xəbər verir ki, Gəncə təmsilçisi icarə əsasında Samir Məhərrəmlini heyətinə cəlb edib.
20 yaşlı yarımmüdafiəçi ilə bir illik müqavilə imzalanıb. "Sabah"a məxsus olan futbolçu U-21 millimizin də şərəfini qoruyub.