10:46 05.10.2022 774

"Rəqibdə baş məşqçi dəyişikliyi məni narahat edir" - Qurban Qurbanov

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Avropa Liqasının qrup mərhələsinin 3-cü turu çərçivəsində “Olimpiakos”a qarşı keçirəcəkləri səfər oyunundan öncə fikirlərini bölüşüb.

Fanat.Az xəbər verir ki, o, Yunanıstana səfər öncəsi Heydər Əliyev Beynəlxalq Aeroportunda jurnalistlərə açıqlamasında bunları söyləyib:

“Bu matçda futbolçuların üzərinə çox böyük məsuliyyət və güc düşəcək. Afinadakı görüşdə qələbə qazanmaq istəyirik. Amma hər şeyi nəzərə almaq lazımdır. Rəqib komandada qrupdakı iki məğlubiyyətdən sonra dərhal baş məşqçi dəyişikliyi baş verib. İddialarının çox olduğu görünür. Bu matça da ciddi hazırlaşıblar. Baş məşqçi dəyişikliyi məni ən çox narahat edən məqamlardan biridir. Dəfələrlə belə hallar yaşanıb. Hər şeyin qaydasında olmasını istəyirik. Rəqib bizi daha yaxşı tanıyır. Hər halda, bütün bunlar bizə təcrübə verir. Daha diqqətli və istəkli olmağa çalışacağıq. Belə qarşılaşmalarda bəzi detallara diqqət ayırmalıyıq. Hazırda bunları bilmirik və oyun vaxtı görəcəyik”.

Təcrübəli baş məşqçi səfərə bir gün əvvəl yollanmalarına da aydınlıq gətirib: “Bəzən proqramda dəyişiklik olur. Hazırlaşmaq üçün vaxtımız az idi. Buna görə əsas məşqlərimizi Bakıda etmək istədik. Hazırlıq pis keçməyib, futbolçuların durumu da əvvəlki günlərə nisbətən daha yaxşıdır. “Olimpiakos”a yeni rəqib deyə bilərəm. Çünki son qarşılaşmada yeni baş məşqçinin rəhbərliyi altında fərqli oyun sərgilədilər. Onlarla yaxından tanış olduq. Yunanıstana yaxşı oyun göstərmək üçün gedirik. Komandada hər şey qaydasındadır”.

Qurbanov zədəli Marko Yankoviçin durumu barədə də danışıb: “Neftçi” ilə matçdan sonra durumu bir az ağır oldu. Amma dünən fərdi qaydada məşq etdi. Bu gün klinikadan birbaşa hava limanına gəlib. Hər şey yaxşılığa doğru gedir. Sabahadək vaxtımız var. Onunla bağlı qərarı oyun günü verəcəyik. Digər oyunçularda isə hər şey qaydasındadır”.

Oktyabrın 6-da “Georgios Karaiskakis” stadionunda keçiriləcək “Olimpiakos” – “Qarabağ” maçtına Bakı vaxtı ilə saat 23:00-da start veriləcək.

Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

08 İyun 2026
09:00

Sergey Yuran bir həftə əvvəl baş məşqçi təyin olunduğu klubdan ayrıldı

02:33

PSJ-nin ulduzu üçün 130 milyon avro ödəyəcəklər?

01:58

Onun üçün "Barselona"dan 80 milyon istədilər

01:14

Elvin Cəfərquliyev susqunluğunu elə bir mesajla pozdu ki...

00:38

Valdas Dambrauskas "Sabah"dan ayrılır?

07 İyun 2026
23:54

"Qarabağ"ın braziliyalı müdafiəçisindən gözlənilməz Avropa Liqası bəyanatı

22:36

Azərbaycanın 3x3 basketbol millisi Dünya Kubokunun yarımfinalında məğlub olub

22:02

Azərbaycanın kişilərdən ibarət voleybol yığması İsveçə uduzub

21:58

Sosial mediada San-Marino - Azərbaycan matçını "ələ saldılar"

21:29

"Real Madrid"dən Arda Güler paylaşımı

20:53

Joze Mourinyudan "Real Madrid" rəhbərliyinə Bernardo Silva tələbi

20:26

"Liverpul" müdafiəsini Maksim Esteve ilə gücləndirir

19:51

"Nyukasl" Entoni Qordonun əvəzləyicisini İspaniyada tapdı

19:23

Fermin Lopez "Barselona" üçün toxunulmazdır

18:43

"Real Madrid" portuqaliyalı yarımmüdafiəçini hədəf seçib

18:18

"Arsenal" PSJ-nin gənc müdafiəçisi üçün hərəkətə keçdi

17:44

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

17:20

"Mançester Siti" vingerinin maaşını artırıb qalmağa razı saldı - Son durum

16:51

Fransalı ulduz klubsuz qaldı

16:17

"Ayaks" "Real"ın oyunçusunu aparır - Bu qiymətə

15:45

"Braziliyada onu əvəz edəcək futbolçular var"

15:18

A Seriyasında yeni baş məşqçi təyinatı reallaşır

14:23

"Zirə" Tyaqo Silva ilə vidalaşdı

14:00

Xorvatiya Sloveniyaya qarşı, İtaliya Yunanıstan səfərində - Oyunlar

13:30

Türkiyədən əzmkar qələbə - VİDEO

12:49

Avropa Liqası: Voleybol millimiz Estoniyaya qarşı

12:20

Avropa çempionları bu gün Bakı turuna çıxır

11:50

Dünya Kuboku: Azərbaycan millisi yarımfinal oyununa çıxır

11:13

Günün oyunları bu kanallarda - AFİŞA

10:41

Argentina ciddi itki ilə üzləşdi

09:37

İstanbul nəhəngi yeni baş məşqçisinin adını açıqladı

09:00

Almaniya mundialın təşkilatçılarına qalib gəldi

02:22

"Real Madrid"in ulduzu İtaliya nəhənginə keçir?

01:37

"Barselona" onun üçün 80 milyon ödəyəcək?

00:48

Holand "Real Madrid"ə keçir, ya yox?

06 İyun 2026
23:22

Avropa Açıq Turniri: Azərbaycan cüdoçuları ilk yarış günündə iki medal qazanıblar

22:41

Azərbaycanın 17 yaşadək futbolçulardan ibarət millisi Qazaxıstana uduzub

22:09

Azərbaycanın 3x3 basketbol millisi Dünya Kubokunda yarımfinala yüksəlib

21:43

"Mançester Yunayted" hücum xəttini "Brentford"un ulduzu ilə gücləndirmək istəyir

21:07

Viktor Osimhen "Barselona"ya keçir?

Facebookdan bizi izləməyi unutmayın.
X