21:12 24.04.2020 2262

Qol götürüb oynaya bilək!

Tahir Süleymanov

 

Dünya, Avropa futbolu, hətta "Bakı birinciliyi" üçün də darıxırıq. Çempionatların bərpası müzakirə edilir, Bayıldan Zirəyə, 8 km-dən Masazıra qədər yollar ölçülür. Hamı futbolun yolunu gözləyir...

Yolumuz isə birdi, bir olmalıdı. Bakıdan Quzanlıya 330 kilometrdi. Ordan da Ağdama piyada getmək olar. O yollar Azərbaycanın, futbolumuzun yollarıdı. Həsrətlə bizləri gözləyir.

Futbol böyük qüvvədi. Vaxt olub Cənubi/Mərkəzi Amerikada futbola görə ölkələr bir-birlərinə müharibələr elan edib, Meksika-86-da İngiltərə-Argentina görüşü psixoloji savaş altında keçirilib...

Yaxın keçmişdə Quzanlıya sevə-sevə, ruhyüksəkliyi ilə gedirdik. Futbol, nəticə ikinci planda idi. Çətinliklər də təsir etmirdi. Şəraitsizlikdən "Neftçi" ilə Mingəçevirdə məskunlaşıb oyun günü Qarabağa doğru səfərimizi davam etdirirdik...

Quzanlı küçələrində insanlar bizi sevinclə qarşılayırdı. Gözlər sabaha inamla alovlanırdı. Onlar üçün "Qarabağ", "Neftçi", "Xəzər Lənkəran", "Bakı", "Qəbələ", "İnter", "Simurq", fərq etmirdi. Ruhən müharibəyə gələn yeni batalyonları qarşılayırdılar.

Yaşıl meydanda rəqabət gedirdi, stadionda, tribunalarda isə birlik hökm sürürdü.

"Qarabağ bizimdi, bizim olacaq" sədaları səngərlərə qədər gedib çıxırdı. Hər kəs, Vətəni sevən oğullar düşmənlə döyüşə atılmağa hazır idi...

Quzanlı stadionunda yenilən tərəf olmurdu, hamı qalib idi. Futbol ruhu sabahın qələbələrinin təməlini qoyurdu. Avropa qruplarına gedəcək yolumuzda müqəddəs torpağın iyini, ruhunu alırdıq...

Top-klublarla Azərbaycan futbolunu təmsil etmək gözəldi. Nəhənglərin qapısına qollar vurub, xallar qazanmaq daha gözəldi. Quzanlıda oynayıb Ağdam, Şuşa, Xankəndinin nəfəsini hiss etmək, özünəinam qazanmaq isə əvəzolunmazdı...

Torpaqlarımız Azərbaycan futbolunun yolunu gözləyir. Quzanlı tək Quzanlı deyil. Bu gün Quzanlı Ağdamdı, Füzulidi, Cəbrayıldı, Zəngilandı, Qubadlıdı, Laçındı, Kəlbəcərdi, Ağdərədi, Şuşadı, Xankəndidi, fəryad qoparan yaralı Xocalımızdı!

Həyat öz axarına qayıdacaq, çempionat da gec-tez bərpa ediləcək. Azərbaycan futbolu tək Abşeron yarımadasından ibarət deyil. Vətən futbolunun sabahı xorvatlı, serbli "Sabah"lar da deyil. Sabahın futbolu, qələbələri Quzanlıdan, bölgələrdən keçməlidi...

Qayıtsın futbol! Milli ruhumuzla yenidən Quzanlıya gedək, azarkeşlər, Vətən oğulları tribunaları doldursun. Futbol meydanlarında doyüşək. Döyüşək ki, sabah Ağdamın "İmarət"ində futbol, Cıdır düzündə qol götürüb oynaya bilək!

Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

20 İyul 2026
10:09

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

09:48

AL: "Qarabağ" ÇSKA-nı keçərsə, kiminlə qarşılaşacaq?

09:25

Çempionlar Liqası: "Sabah"ın 3-cü mərhələdəki rəqibi müəyyənləşir - PÜŞKATMA

09:00

"Milli komandanı yeniləməliyik" - Lionel Skaloni

03:00

Dünya çempionunun ulduzları fərdi mükafatları "sildi-süpürdü"

02:44

Qızıl qolun müəllifi Ferran Torres finalın ən yaxşısı seçildi

02:33

Mbappe birinci, Messi ikinci

02:01

DÇ-2026: İspaniya dünya çempionudur!

19 İyul 2026
23:33

“Olimpiya Ümidləri” beynəlxalq karate turniri keçirilib

22:44

"Çelsi"yə fransız müdafiəçi üçün şok qiymət

22:12

Kimi AntonelliBelçika qran-prisinin qalibi olub

21:39

"Roma" Zekinin yerinə Mert Müldürü gətirir

21:03

“Neftçi”nin yeni mövsüm üçüncü forması – “Bakı”

20:30

"Qəbələ" "Sumqayıt"la heç-heçəyə razılaşdı

19:48

"İllik 200 milyon avronu rədd etdim"

19:12

"Midlsbro"ya göydəndüşmə 23 milyon

18:30

"Qarabağ"ın transfer planını pozmaq istəyirlər

17:50

Trinkan "Əl-Əhli"yə keçdi - RƏSMİ

17:26

"Əvvəlki matçda belə oynamamağımız biabırçılıqdır" - Harri Keyn

16:53

"Messi əsl vəhşidir"

16:09

Fəridə Lütfəliyeva ÇL matçını idarə edəcək

15:55

Martines İspaniya ilə final oyunundan öncə DÇ-də sınıq barmaqla oynadığını dedi

15:09

Olise kimisi mundiallar tarixində olmamışdı - Pelenin rekordunu qırdı

14:56

Rəşad Nəbiyev milli üzvləri ilə görüşdü

14:27

Pedro Porro: "Onu dayandırmaq mümkün deyil"

13:14

"Sabah"ın rəqibindən inamlı qələbə

12:54

FİFA mundialdan neçə milyard qazandı? - Rekord məbləğ

12:25

"Üçüncü yer uğrunda oyunu keçirməyə dəyməzdi" - Jül Kunde

11:49

Əsas döyüşü Dirkus dyu Plessi qazandı

11:09

Didye Deşam: "Günah məndədir"

10:52

Tuxeldən qələbə şərhi

10:13

DÇ-2026-nın qalibi müəyyənləşir

09:50

Fransaya 3 qol vurdu, oyunun ən yaxşı futbolçusu oldu

09:00

Kilian Mbapoe: "Bu, Didye Deşam adına biabırçılıqdır"

03:01

DÇ-2026: Azarkeşlər 10 qol gördü, bürünc medalın sahibi Mayamidə müəyyənləşdi

02:45

Mbappe Messini geridə qoydu

18 İyul 2026
23:47

Skaloni İspaniya ilə matçdan əvvəl nə danışdı?

23:14

Qusarda jurnalistlər arasında minifutbol turniri start götürüb

22:33

Dünya Qadın Seriyasında "Bakı" mərhələsinin oyunları davam edir

21:50

Mahir Emreli yenidən Polşada - RƏSMİ

Facebookdan bizi izləməyi unutmayın.
X