13:14 30.08.2020 2549

Nə Qarabağ, nə “Qarabağ” meydanda tək qalmalıdır!

Tahir Süleymanov

Müharibə, generalımız, zabit-əsgərləmizin şəhidlik zirvəsi, karantin, evdə qapanma, siyasi-iqtisadi durum, daxili çəkişmələr futbolu 10-cu dərəcəyə atıb, yaddan çıxarılıb, diqqətdən, gündəmdən kənarda qalıb…

Futbol çoxdandır tək idman növü deyil, industriyaya çevrilməklə yanaşı milli ruhun oyanması, sağlam genefondun yetişməsi, xalqın bir ideya uğrunda birləşməsi, qələbələrin sabaha inamı deməkdir.

Avrokuboklardakı çıxışlar tam əksini göstərdi. Azərbaycan futbolu dünya sıralamasında olduğu kimi, heç futbol beyinlərində 100-cü pillədə də deyil. Bir qrup insanın DNK-sına, möhkəmlənməsinə, çiçəklənməsinə işləyir, xidmət edir…

De Byazi də deyir ki, məğlub psixologiyanın iliylərə kimi yeridildiyi futbolda qalib psixologiya formalaşmalıdır…

Yeni fikir deyil. İllərdi təhlillər aparılır, deyilir, sübuta yetirilir. Nə fayda. Strateji futbol yüksəklikləri dağıdıcı qüvvələrin ixtiyarındadır.

Dövlətin ayırdığı vəsait, futbol silah-sursatı, imkanları da əllərindədir.

Nəinki yeni zirvələrin fəth edilməsi, köhnələr bir yana, inşa edilmiş müasir stadionlar, bazalar, klublar, nəticələr qorunub saxlanılmır, dağıdılır, viranə qoyulur. Biləcəridə sökülən "Bakı” stadion-bazasından sonra Biləcəridən o tərəfə necə keçilə bilər?!

Futbol, ümumi dərdimiz Qarabağ problemi səviyyəsindədir artıq. "Subardinal” yanaşmalar eyni xətt üzrə davam edir. Nə fərqi var, virusla bağlı düşmənlə diplomatik məsləhətləşmələr aparılsın və ya müqəddəs pasportun verildiyi əcnəbi futbolçu erməni klubunda çıxış etmək sevdasına düşsün.

İndi də nazarovlar, eddilər milliyə, daha doğrusu, yığmaya gəlməkdən imtina edirlər. Niyə gəlsinlər ki?! Böyük pullar qarşılığında AFFA ideoloqları ilə fotosesiyalar zamanı deyil…

Bölgələrdəki istedadlı uşaqlarımız qan ağlayır, özlərini kağız üzərində qeydiyyatdan keçirilmiş 200 min(!) futbolçu arasında axtarır, tapa bilmirlər. Qarşılarına yığmalardakı "milli” uşaqlar çıxır… Heç məşqçilər də milliyə, komandalara futbolçu tapa bilmirlər…

Deyilir ki, futbolçularımızın xaricdən səsləri gəlmir. Yalandı. Cənubi Amerika, Afrikadan tutmuş Avropaya kimi 100-dən artıq futbolçumuz var. Dünya üzrə beynəlmiləl oynayan, veteran futbolçular kaloniyası yaradılıb. Ölkədəki futbol veteranlarına potensial rəqibdirlər.

Mərkəzi stadionun ot örtüyü yenidən virusa yoluxub. Koronalı virus(lar) çoxdan futbolda tüğyan edir. Qazon 100 min dollarlar qarşılığında bir həftəyə dəyişdirimişdi, yüklənmədən 40-ı çıxmayıb hələ…

Vaxtilə alternativ meydança yox idi. "Qarabağ” təcili "fors-major” halı kimi UEFA-yla danışıb BOS-a, digər stadiona keçməsə, yaxın həftələrdə "Neftçi”-"Partizan” p.-off oyununun aqibətini yaşayacaq. Onsuz da oyunlar azarkeşsiz keçirilir…

Avroliqadakı matçlar geniş təhlil edilir, fikirlər bildirilir, ürəklər od tutub yanır. Bu görüşlərdəki analiz olunacaq böyük futbol elmi yoxdur. Azərbaycanda futbol "elminin” fundamental yaradılışının səbəbləri var…

Payız ayları yaxınlaşır. Tökülən yarpaqların müzakirəsi fayda verməz. Barsız futbol ağacının kökü araşdılırlmalıdır. Bir əsrdən çox yaşı olan açac niyə quruyur, niyə barsız qalır? Münbit şəraiti, kübrəsi, vəsaiti yerindədir. Bağban(lar)ı yoxdur!

Meşələrdə çır açaclar olur. Avroliqa qalibi, finalçıları "Sevilya”, "İnter” Bakıya gəlməyə məhkum edilib. "San Siro”da "doqquzluğa” qol vurulub, paytaxtda ofsaydla canlarını zorla qurtarıblar. İndi divizion səviyyəsində rəqiblərlə bir mərhələ toy-bayrama çevrilir…

Azərbaycan futbolunu tək koronavirus məhv etməyib. Cırlaşma, həvəskar düşüncələr, naşı, məqsədli beyinlər bu günə salıb. Eyni səbətdə yer alan 40(!)-a yaxın komanda arasında APOEL birinci, "Neftçi” autsayderdir. Əmsallar da, nüfuz da itirilib. İndi aşağıdan yuxarı baxılır…

Kipr klub əmsalı sıralamasında 14(!)-cü yerə yüksəlib, ölkəmiz isə geriləməkdə davam edir. 10 il öncə 37-38-ci sıradan ilk 20-ə bir addım qalmışdı. 30-cu yerə yuvarlanmağa az qalıb…

Açıq "Bakı birinciliyi”ndə bir tur keçirilib, klublarımız isə son bir ayda biri-biri ilə 2-3 dəfə qarşılaşıblar. Bölgələrdə stadionlar boş qalıb, klublar imdad edir, "Keşlə” AFFA-nın yox, dövlətin pulu ilə hər 6 aydan bir dəyişdirilən legionerləri bəsləyir. Belə klubların, "Səbail”in Bakıda nə işi var…?!

Heydər Əliyev adını daşıyan, dünya standartlarına cavab verən, baxımsız hala salınan, futbolsuz qalmış İmişli stadionu paytaxta salam göndərir. Məşhur toy macəraları gündəmdən düşmür. Bundan böyük dövlətə qarşı ideoloji, psixoloji, mənəvi zərbə olar… ?!

Futbolda, vəzifələrdə olan hazırın-naziri məmurlar, futbola hörmət etmirlər, bəllidi, heç olmasa ada, yedikləri çörəyə sayğı göstərsinlər. Belə münasibətlə Gəncəsi, Lənkəranı, Yevlaxı, Mingəçeviri, Tovuzu, Qusarı, Zaqatalası nə etsin? Masallı, Bərdə stadionları mal-qara, toyuq-cücə otlağına çevrilib. Neftçalaya su da gəldi, futbolun suyu durulmadı ki, durulmadı…

Futbolun da itirilən bölgələri, rayonları var. Saxta, kabinet generallarının strateji yüksəkliklərdə olmasına görə itirilib futbolumuz. Vəzifələri, cibləri dolu olsa da, əyilənlər dünən bir daha əyildilər. Hətta qaliblər də sındılar…

Futbolun öz döyüş generalları var. Polad kimi əyilməzdirlər. Elə vaxtilə Sumqayıtın "Polad”ı kimi. Azərbaycan futbolunun polad ruhlu klubları, qaymaqları qayıtmalıdır… Nə Qarabağ, nə "Qarabağ” meydanda tək qalmalıdır!
Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

20 İyul 2026
10:30

Dünya çempionluğunda "Barselona" amili - 16 il əvvəlki rekord təkrarlandı

10:09

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

09:48

AL: "Qarabağ" ÇSKA-nı keçərsə, kiminlə qarşılaşacaq?

09:25

Çempionlar Liqası: "Sabah"ın 3-cü mərhələdəki rəqibi müəyyənləşir - PÜŞKATMA

09:00

"Milli komandanı yeniləməliyik" - Lionel Skaloni

03:00

Dünya çempionunun ulduzları fərdi mükafatları "sildi-süpürdü"

02:44

Qızıl qolun müəllifi Ferran Torres finalın ən yaxşısı seçildi

02:33

Mbappe birinci, Messi ikinci

02:01

DÇ-2026: İspaniya dünya çempionudur!

19 İyul 2026
23:33

“Olimpiya Ümidləri” beynəlxalq karate turniri keçirilib

22:44

"Çelsi"yə fransız müdafiəçi üçün şok qiymət

22:12

Kimi AntonelliBelçika qran-prisinin qalibi olub

21:39

"Roma" Zekinin yerinə Mert Müldürü gətirir

21:03

“Neftçi”nin yeni mövsüm üçüncü forması – “Bakı”

20:30

"Qəbələ" "Sumqayıt"la heç-heçəyə razılaşdı

19:48

"İllik 200 milyon avronu rədd etdim"

19:12

"Midlsbro"ya göydəndüşmə 23 milyon

18:30

"Qarabağ"ın transfer planını pozmaq istəyirlər

17:50

Trinkan "Əl-Əhli"yə keçdi - RƏSMİ

17:26

"Əvvəlki matçda belə oynamamağımız biabırçılıqdır" - Harri Keyn

16:53

"Messi əsl vəhşidir"

16:09

Fəridə Lütfəliyeva ÇL matçını idarə edəcək

15:55

Martines İspaniya ilə final oyunundan öncə DÇ-də sınıq barmaqla oynadığını dedi

15:09

Olise kimisi mundiallar tarixində olmamışdı - Pelenin rekordunu qırdı

14:56

Rəşad Nəbiyev milli üzvləri ilə görüşdü

14:27

Pedro Porro: "Onu dayandırmaq mümkün deyil"

13:14

"Sabah"ın rəqibindən inamlı qələbə

12:54

FİFA mundialdan neçə milyard qazandı? - Rekord məbləğ

12:25

"Üçüncü yer uğrunda oyunu keçirməyə dəyməzdi" - Jül Kunde

11:49

Əsas döyüşü Dirkus dyu Plessi qazandı

11:09

Didye Deşam: "Günah məndədir"

10:52

Tuxeldən qələbə şərhi

10:13

DÇ-2026-nın qalibi müəyyənləşir

09:50

Fransaya 3 qol vurdu, oyunun ən yaxşı futbolçusu oldu

09:00

Kilian Mbapoe: "Bu, Didye Deşam adına biabırçılıqdır"

03:01

DÇ-2026: Azarkeşlər 10 qol gördü, bürünc medalın sahibi Mayamidə müəyyənləşdi

02:45

Mbappe Messini geridə qoydu

18 İyul 2026
23:47

Skaloni İspaniya ilə matçdan əvvəl nə danışdı?

23:14

Qusarda jurnalistlər arasında minifutbol turniri start götürüb

22:33

Dünya Qadın Seriyasında "Bakı" mərhələsinin oyunları davam edir

Facebookdan bizi izləməyi unutmayın.
X