
21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi bu gün Avropa çempionatının seçmə mərhələsində növbəti oyununa çıxacaq.
Fanat.Az xəbər verir ki, B qrupunda yer alan U-21 8-ci turun oyununa çıxacaq.
Rəşad Eyyubovun baş məşqçisi olduğu komanda evdə Çexiya millisi ilə qarşılaşacaq.
Masazırda baş tutacaq oyun saat 17:45-də start götürəcək.
Gənclər millisi bundan əvvəl qrupda Portuqaliya (0:5, 0:4), Bolqarıstan (1:1, 0:0), Çexiya (0:5), Şotlandiya (3:3) və Cəbəllütariq (1:0) ilə oyunlarda 5 xal toplayıb. U-21 bundan sonra səfərdə Şotlandiya (30 sentyabr) və evdə Cəbəllütariq (6 oktyabr) ilə qarşılaşacaq.
AÇ-2027
B qrupu, 8-ci tur
25 sentyabr
17:45. Azərbaycan (U-21) - Çexiya (U-21)
Baş hakim: Aaron Odoud (İrlandiya).
Masazır. "Bank Respublik Arena".
1. Portuqaliya 7 6 1 0 28-0 19
2. Çexiya 7 4 2 1 15-3 14
3. Şotlandiya 8 3 2 3 18-10 11
4. Bolqarıstan 7 3 2 2 7-6 11
5. Azərbaycan 7 1 3 3 5-18 6
6. Cəbəllütariq 8 0 0 8 1-37 0