
Azərbaycan millisi sentyabrın 27-də Litva ilə qarşılaşacaq.
Yığmamızın sabiq çalışdırıcısı Ağasəlim Mircavadovla əlaqə saxlayıb səfər matçı barədə fikirlərini soruşduq.
Onun Fanat.Az-a açıqlaması belə oldu:
“Millimizin məqsədi qrupda birinci yer tutmaqdır. Bunun üstündə çalışırlar. Yığmaya çağırılan futbolçular öz klublarında az oynayanlardır. Bu, problem yarada bilər. Tacikistanla matçda da bəzi çatışmazlıqlar göründü. Litva ilə görüşdə də oyunçular gərək xarakter göstərsinlər. Əlverişli nəticə ilə geri dönə bilərik. Sistemə uyğunlaşmaq lazımdır. Ümid edirəm ki, millimiz qələbə ilə qayıdacaq”.
Əlisahib İbrahimli